Tarixi
Bakalavr i̇xti̇sasları
Magi̇str i̇xti̇saslari
Doktor i̇xti̇sasları
Statistik göstəricilər
Heyət

Fаkültə müstəqil olaraq 1982-ci ildən fəaliyyət göstərir. Müxtəlif dövrlərdə fakültəyə dоs. Еldаr Аbbаszаdə (1982–1986), dоs. Gülаrə Qаyıbоvа (1986–1987), prоf. Хəlil Fətəliyеv (1987– 1989), prоf. Məmməd Məmmədоv (1989–1997–əyаni), dоs. Musа Həsənоv (1989–1997–qiyаbi), dоs. Şəhlа Əliyеvа (1997– 2001– əyani və qiyabi şöbələr vahid fakültə tərkibində birləşdi- rilmişdi), dos. Аllаhvеrdi Hаcıyеv (2001–2011),professor Şəhla Əliyeva (2011-2022) rəhbərlik edib. Fakültəyə 2022-ci ilin iyun ayından pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nailə Hüseynova rəhbərlik edir.

Keçən illər ərzində fakültənin inkişafında fakültəyə rəhbərlik edən dekanlarla yanaşı, dos. Ə.Qədimbəyova, prof. Ə.Əlizadə, dos. Z.Mehdizadə, prof. Ə.Baxşəliyev, prof. M.İlyasov, prof. R.Əliyev, dos. N.Rüstəmova, dos. B.Paşayeva və dos. R.Mursaqulovanın da mühüm xidmətləri olub.

Bu illər ərzində fakültənin adı bir neçə dəfə dəyişdirilib və Məktəbəqədər tərbiyə(1982-1992), Pedaqogika və psixologiya (1992-2015), Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim (2015- 2019) adları ilə fəaliyyət göstərib. 2019-cu ildən fakültə Məktəbəqədər təhsil adlanır.1996-cı ilə qədər yаlnız bir ixtisas – məktəbəqədər təhsilin pedaqogikası və metodikası (əyani və qiyabi şöbə) ixtisası üzrə kadr hazırlanırdı. 1996-cı ildə korreksiyaedici pedaqogika və xüsusi psixologiya (məktəbəqədər) ixtisası açıldı və onun bir buraxılışı oldu. 1997-ci ildən еtibаrən fаkültədə defektologiya, 1998-ci il- dən isə psiхоlоgiyа iхtisаsları üzrə ali təhsilli kadr hazırlığı həyata keçirilirdi. Bu ixtisaslar 2009-cü ildən məktəbəqədər təlim və tərbiyə, korreksiyaedici təlim və təhsildə sosial-psixoloji xidmət ixtisasları ilə əvəzləndi. 2014-cü il tədris planlarında davam etdi. 2020-ci il tədris proqramı ilə Məktəbəqədər təhsil,Təhsildə sosial-psixoloji xidmət və Korreksiyaedici təlim ixtisasları fəaliyyət göstərir. 

Son illərdə ADPU-da aparılan köklü islahatlar universitetdə, o cümlədən, fakültədə tədrisin keyfiyyətinin yüksəlməsinə rəvac verib. Yeni tədris materiallarının hazırlanmasında müasir tələblərin nəzərə alınması, mühazirə, seminar məşğələlərinin yeni təlim texnologiyaları əsasında aparılması və s. tələbələrin biliklərə yiyələnmələrində mühüm rol oynayır. 

Tələbə qəbulunun inkişaf dinamikası nəzərə alınarsa, ixtisaslara qəbul ballarının ildənilə artması müşahidə olunur. Bu da ondan xəbər verir ki, ADPU-nu, o cümlədən, fakültəmizi seçənlər daha hazırlıqlı və tədrisin keyfiyyətindən əmin olan abiturientlərdir. Eyni zamanda, fakültənin hər üç ixtisasının müasir dövrdə tələb olunan peşələr olması və rəqabət mühitinə davam- lılığı bu ixtisaslara marağın daha da artmasına səbəb olub. 

 

2018-ci ildən başlayaraq fakültədə Abdulla Şaiq adına adlı təqaüd təsis olunub.

 Fakültədə Elmi Şura (sədr dos.N.Hüseynova), Fakültə Tədris-Metodik Şurası (sədr prof. M.İlyasov), fəaliyyət göstərir. 

Fakültənin məktəbəqədər təlim və tərbiyə ixtisasının tələbələri uşaq bağçalarında, təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri ümumtəhsil məktəbləri və psixoloji mərkəzlərdə, korreksiyaedici təlim ixtisasının tələbələri xüsusi məktəblərdə, inteqrativ məktəblərdə və reabilitasiya mərkəzlərində pedaqoji təcrübə keçirlər. 

2011/2012-ci tədris ilindən etibarən fakültə bir çox beynəlxalq layihələrdə iştirak edir. Fakültənin ixtisas kafedralarının əməkdaşları bu layihələrdə işçi qrupların üzvləri kimi fəaliyyət göstərirlər. 

2018/2019-cu tədris ilində fakültənin nəzdində Psixoloji Mərkəz yaradılıb ki, burada Ümumi psixologiya və Pedaqoji psixologiya kafedralarının əməkdaşları universitetin 4 tədris binasında tələbə və əməkdaşlara psixoloji xidmət göstərirlər. 

Fakültədə TEC (sədr Xüsusi təhsil kafedrasının müəllimi Turan Şahvələdli- Qədimova) xətti ilə tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilir.

Fakültə Türkiyənin Hacəttəpə Universiteti, Polşa Respublikasının Azərbaycandakı səfirliyi, Kopenhagen Universitet Kolleci (UCC), Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti, «Medeks» şirkəti, BDU, BSU, ATİ, Psixologiya Elmi-Tədqiqat İnstitutu, «Qayğı» ictimai birliyi, «Elit otizm» mərkəzi, Cahan Holdinq, AMEA-nın Fəlsəfə İnstitutunun Sosial psixologiya şöbəsi ilə, “Narınc” Psixologiya Mərkəzi ilə əməkdaşlıq edir. 

2015-ci ilin dekabr ayına qədər fakültədə 3 ixtisas kafedrası fəaliyyət göstərirdi. 2015-ci ilin dekabrında Korreksiyaedici təlim kafedrası  yaradıldı. 2019-cu ildən etibarən bu kafedra Xüsusi təhsil adlanır. 

 

Sıra №

İxtisanin şifri

İxtisasın adı

Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri

Azərbaycan bölməsi

Rus bölməsi

İngilis bölməsi

əyani

qiyabi

əyani

qiyabi

əyani

1

050112

Məktəbəqədər təhsil

+

-

+

-

-

2

050111

Korreksiyaedici təlim

+

-

+

-

-

3

050118

Təhsildə sosial-psixoloji xidmət

+

-

+

-

-

 

 

Sıra №

İxtisanin şifri

İxtisasın adı

Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri

Azərbaycan bölməsi

Rus bölməsi

İngilis bölməsi

əyani

qiyabi

əyani

qiyabi

əyani

1

060116

Korreksiyaedici təlimin metodika və metodologiyası ixtisası

+

-

+

-

-

2

060117

Məktəbəqədər təlim və tərbiyənin metod və metodologiyası ixtisası

+

-

+

-

-

3

060118

Təhsildə sosial psixoloji xidmət ixtisası

+

-

+

-

-

 

 

Sıra №

İxtisanin şifri

İxtisasın adı

Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri

Azərbaycan bölməsi

Rus bölməsi

İngilis bölməsi

əyani

qiyabi

əyani

qiyabi

əyani

1

5804.02

Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası

2

6104.01

Pedaqoji psixologiya ixtisası

3

6107.01

Ümumi psixologiya ixtisası

4

5805.01

Korreksiya pedaqogikası

 

 

Tələbələrin

ümumi sayı

Bakalavr dərəcəsi üzrə təhsil alanlar

Magistr dərəcəsi üzrə təhsil alanlar

Doktor dərəcəsi üzrə təhsil alanlar

Əyani təhsil alanlar

Qiyabi təhsil alanlar

Əcnəbi tələbələr

1578

1504

65

9

1486

2

16

 

Nailə Tofiq qızı Hüseynova
Südabə Nəsrəddin qızı İsgəndərova
Sevinc Eylazova Cəfər
Aişə Elmi qızı Məlikzadə
Nailə Hüseynova
Dekan
Südabə İsgəndərova
Dekan müavini
Sevinc Eylazova
Dekan müavini
Aişə Məlikzadə
Operator


Ətraflı

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search