Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına APİ) 1921-ci ildə, fəaliyyətə başladığı ilk illərdə psixologiya ixtisası üzrə milli kadrlara kəskin ehtiyac duyulurdu. Bu məqsədlə instituta xarici ölkələrdən–Türkiyədən, Rusiyadan, Belorusiyadan psixologiya sahəsində çalışan mütəxəssislər A.O. Makovelski, B.B. Komarovski, D.Q. Qulyayev, Ə.K. Zəkuzadə, M. Muhiddin, M.Tofiq və başqaları dəvət olunmuşdu.
Pedaqoji psixologiya kafedrasının (keçmiş Yaş və pedaqoji psixologiya kafedrası) inkişaf tarixində universitetdə psixologiyanın tədrisində, həm də bu sahə üzrə kadr hazırlığında A.Makovelskinin və 1921-ci ildə Türkiyənin İstanbul Universitetinin psixologiya-fəlsəfə şöbəsini bitirib Bakıya gələn A.K.Zəkuzadənin adlarını xüsusilə qeyd etmək lazımdır. XX əsrin 50-ci illərinə qədər Azərbaycanda yetişən milli psixoloji kadrlar məhz bu alimlərin adı ilə bağlıdır. Sonralar Azərbaycanda mütəxəssis alim kimi fəaliyyət göstərən M. Məhərrəmov, Ş.Ağayev, Ə. Bayramov, Ə. Əlizadə, M. Həmzəyev və başqaları bu alimlərin köməyi ilə psixoloq kimi formalaşmışlar. 1947/1948-ci tədris ilində indiki ADPU-da Azərbaycan dili, məntiq-psixologiya şöbəsi açıldı.
Bu şöbənin açılması psixologiya sahəsində əlamətdar hadisə oldu. Bir çox görkəmli alimlər-M. Həmzəyev, A. Məmmədov və Ə. Abdullayev həmin şöbənin məzunları olmuşlar.
1959-cu ildə psixologiya kafedrası pedaqogika kafedrası ilə birləşdi. 1963/1964-cü tədris ilində kafedra yenidən müstəqil fəaliyyətə başladı. Kafedraya 1963-cü ildən 1975-ci ilə qədər Ş. Ağayev rəhbərlik etmişdir. M. Əbdülov, İ. Məmmədov, Ə. Baxşəliyev, Z.Orucov və başqaları həmin kafedrada Ş.Ağayevin rəhbərliyi altında elmi-tə- dqiqat işləri aparmışlar. 1974-cü ildə həmin kafedranın əsasında iki 1 saylı və 2 saylı psixologiya kafedraları təşkil edildi. Kafedralar 1996-cı ilə qədər bu şəkildə fəaliyyət göstərdilər.1996-cı ildə universitetin Elmi Şurasının qərarı ilə kafedraların adları dəyişdirilərək, Ümumi psixologiya, Yaş və pedaqoji psixologiya adlandırıldı. Yaş və pedaqoji psixologiya kafedrasına 1974-cü ildən 1988-ci ilə qədər dosent Z.Mehdizadə, 1988-ci ildən 1992-ci ilə qədər professor Q.Əzimli, 1992-ci il dən 2019-cu ilədək isə prof. Ə.T. Baxşəliyev, Kafedraya 2019-cu ildən psixologiya üzrə elmlər doktoru Qızxanım Nizaməddin qızı Qəhrə manova rəhbərlik etmişdir.Yaş və pedaqoji psixologiya kafedrası 2019-cu ildən “Pedaqoji psixologiya kafedrası” adlandırılmışdır.
2023-cü ilin mart ayından etibarən kafedraya p.ü.e.d.,professor,Əməkdar müəllim Şəhla Qasım qızı Əliyeva rəhbərlik edir.
Pedaqoji psixologiya kafedrasının elmi işlərinin istiqaməti, əsasən, təlim-tərbiyə prosesində şagird şəxsiyyətinin formalaşması, təhsildə sosial-psixoloji xidmətin, Azərbaycanda psixoloji fikrin inkişaf problemləri, psixikanın anomal inkişaf məsələləri, Azərbaycanda güzəran psixologiyasının tədqiqini əhatə edir.
2019-cu ildən etibarən, kafedrada müasir dövrün problemlərini əks etdirən, müxtəlif mövzularda elmi seminarlar, dəyirmi masalar, diskussiyalar təşkil olunur.
Respublikada tanınmış elm xadimləri ilə görüşlərin keçirilməsi kafedrada müntəzəm hal almışdır. Kafedranın professor-müəllim heyəti ADPU-nun tədris korpuslarında fəaliyyət göstərən Psixoloji mərkəzdə psixoloq müəllimlərimiz tələbələrlə müvafiq səmərəli işlər aparırlar.
Pedaqoji psixologiya kafedrası respublikamızın digər ali təhsil məktəbləri, müxtəlif yönümlü psixoloji mərkəzlər və elmi-tədqiqat müəssisələri ilə də sıx əlaqə yaratmışlar. Belə ki, kafedranın professor-müəllim heyəti mütəmadi olaraq digər ali məktəblərdə fəaliyyət göstərən psixologiya kafedralarının dəvəti ilə müxtəlif mövzularda keçirilən beynəlxalq və respublika əhəmiyyətli konfranslar, dəyirmi masalar və tədbirlərdə mühazirələr oxuyur, çıxışlar edirlər. Bu da kafedra əməkdaşlarının məsuliyyətini artırmaqla yanaşı, onların elmi fəaliyyətlərinin daha da məhsuldar olmasına təkan verir.
Son dövrlərdə kafedrada müxtəlif istiqamətlərdə bir çox tədqiqatlar aparılır. Bunlar Azərbaycanda psixologiya elminin əsas inkişaf istiqamətləri, yaradıcılıq psixologiyasının tarixi, psixoloji problemləri, ünsiyyət psixologiyasının nəzəri-praktik məsələləri istiqamətlərini əhatə edir.
Son illərdə kafedrada İsmayılova Mehriban Cəlal qızı (2000-ci il) “Tərbiyəçinin ünsiyyət üslubunun məktəbəqədər yaşlı uşaqların qarşılıqlı münasibətlərinə psixoloji təsiri” mövzusunda, psixologiya sahəsində fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə etmiş- dir. 2013-cü ildə isə psixologiya üzrə dosent elmi adını almışdır. Əzizov Qulam Qəribəli oğlu (2004-cü il) 13.00.01– ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə “Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərində humanizm tərbiyəsinin imkanları və yolları” mövzusunda, pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə etmişdir. O, 2014-cü ildə psixologiya üzrə dosent elmi adını almışdır. Heydərova Simnarə Hadir qızı (2013-cü il) “Uşaq şəxsiyyətinin forma laşmasında Azərbaycan xalq nağılları və atalar sözlərinin rolu” mövzusunda, psixologiya sahəsində fəlsəfə doktoru proq- ramı üzrə dissertasiya müdafiə etmişdir. O, 2017-ci ildə psixologiya üzrə dosent elmi adını almışdır.
Rəhimova Qəribə Vahid qızı (2013-cü il) “Azərbaycan psixoloqlarının tədqiqatlarında milli-mənəvi dəyərlər problemi və onun müasir vəziyyəti” mövzusunda, psixologiya sahəsində fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə etmişdir. O, 2017-ci ildə psixologiya üzrə dosent elmi adını almışdır.
Əlixanova Gülnarə Həmzəbəyovna (2018-ci il) “Məktəbəqədər yaşlı uşaqlarda “mən” obrazının formalaşmasında ailənin rolu” mövzusunda, psixologiya sahəsində fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə etmişdir. 2019-cu ildə psixologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır.
Bu elmi fəaliyyət mütəmadi olaraq davam etdirilir. Belə ki, 2011-ci ildə M.C.İsmayılovanın “Ünsiyyət psixologiyası (məntiqi-struktur sxemlərdə)”, Q.Q.Əzi zovun “Psixologiya”, 2012-ci ildə M.C.İsmayılovanın “Sosial psixologiya (məntiqi-struktur sxemlərdə və şərhlərdə)”, “Tərbiyə işi və onun metodikası”, “Psixologiyanın tədrisi metodikası”, 2016-cı ildə Q.V.Rəhimovanın “Azərbaycan klassiklərinin yaradıcılığı psixologiya tarixinin öyrənilməsində əsas mənbə kimi”, “Müasir psixologiyada şəxsiyyətin inkişafı problemi”, 2019-cu ildə Ə.T.Baxşəliyev, S.N. Heydərovanın “Azərbaycanda psixoloji fikrin ilkin qaynaqları”, Ə.T.Baxşəliyev, Q.V.Rəhimovanın “Azərbaycanda psixologiyanın inkişaf tarixi”, M.C.İsmayılovanın “Psixolo giyanın tədrisi metodikası (məntiqi-struktur sxemlərdə və şərhlərdə)”, S.N.Heydərovanın “İnkisaf və yaş psixologiyası”, 2021-ci ildə Q.N.Qəhrəmanovanın “Uşaq psixologiyası” dərs vəsaitləri- nin, G.H.Əlixanovanın “Məktəbəqədər uşaqlarda “mən” obrazının formalaşmasında ailənin rolu” adlı monoqrafiyasının çap olunması- nı misal göstərmək olar. Hazırda kafedrada 1 nəfər elmlər doktoru, professor, 4 nəfər fəlsəfə doktoru, dosent ,1 nəfər fəlsəfə doktoru, baş müəllim, 3 nəfər baş müəllim, 13 nəfər müəllim, 2 nəfər laborant fəaliyyət göstərir.
Kafedrada I və II kurslar üzrə 19 nəfər magistr təhsil alır. 3 nəfər fəlsəfə doktoru proqramı üzrə təhsillərini başa vurmuşlar və onların tədqiqatları tamamlanmaq üzrədir.
Kafedranın dosenti M.C.İsmayılova elmlər doktoru proqramı üzrə, dissertantlardan K.Ə.Həsənquliyeva, A.Y.Mahmudova, N.M.Məmmədova və Y.T.Ağasıyeva fəlsəfə doktoru proqramı üzrə dissertasiya üzərində çalışırlar.
Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları, elmi mərkəzləri ilə, habelə İran, Türkiyə və başqa ölkələrin universitetləri, elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birlikdə elmi-tədqiqat işləri aparmışlar. Kafedra əməkdaş- larının əldə etdikləri elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələr- də, o cümlədən, Rusiyada, Gürcüstanda, İranda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpo- ziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Kafedranın professor-müəllim heyətinin Ümummilli lider Heydər Əliyevin qarşıdan gələn 100 illik yubileyinə tövhəsi, əsas vəzifə hesab olunan təhsilin keyfiyyətinin daha da yüksəltməyə çalışmasıdır
Pedaqoji psixologiya kafedrası |
|||||||
Vəzifə adı |
Kafedra müdiri |
Professor |
Dosent |
Baş müəllim |
Müəllim |
Böyük laborant |
|
Sayı |
1 |
1 |
4 |
5 |
12 |
2 |
Pedaqoji psixologiya kafedrasının elmi işlərinin istiqaməti əsasən təlim-tərbiyə prosesində şagird şəxsiyyətinin formalaşması, təhsildə sosial-psixoloji xidmətin inkişaf problemləri, Azərbaycanda psixoloji fikrin inkişaf problemləri, psixikanın anomal inkişaf məsələləri, Azərbaycanda güzəran psixologiyası tədqiqindən ibarətdir.
2019-cu ildən etibarən kafedrada müasir dövrümüzün problemlərini əks etdirən və müxtəlif mövzularda elmi seminarlar, dəyirmi masalar, diskussiyalar təkil edilib keçirilir. Respublikada tannımış elm xadimləri ilə görüşlərin keçirilməsi kafedrada mütəmadi hal almışdır.
Son dövrdə kafedrada müxtəlif istiqamətlərdə bir çox tədqiqatlar aparılır. Bunlar Azərbaycanda psixologiya elminin əsas inkişaf istiqamətləri, Yaradıcılıq psixologiyasının tarixi psixoloji problemləri, Ünsiyyət psixologiyasının nəzəri-praktik məsələləri istiqamətləri əhatə edir.
Son illər ərzində pedaqoji psixologiya kafedrası üzrə 7 monoqrafiya, 2 dərslik, 12 dərs vəsaiti, 10 Inpakt faktorlu məqalə, xaricdə və respublikada 147 məqalə, 63 fənn proqramları, respublikada 34, Beynəlxalq 45 məqalə nəşr olunmuşdur.
Kafedranın professor-müəllim heyəti ADPU-nun tədris korpuslarında fəaliyyət göstərən “Psixoloji mərkəz”də psixoloq müəllimlərimiz tələbələrlə müvafiq, səmərəli işlər aparırlar.
№ |
Fənnin adı |
|
Pedaqoji psixologiya |
|
İnkişaf və yaş psixologiyası |
|
Psixofiziologiya |
|
Uşaq psixologiyası |
|
Eksperimental psixologiya |
|
Psixodiaqnostika və psixokonsultasiya |
|
Klinik psixologiya |
|
Psixologiyanın tədrisi metodikası |
|
Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum |
|
Psixologiyanın tədrisi metodikası |
|
Psixologiya |
|
Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər |
III Blok 1.Peşə etikası; 2. Psixologiya tarixi |
|
VI Blok 1. Psixologiyada riyazi metodlar; 2. Tərbiyə psixologiyası. |
|
VIII Blok 1.İstedadlı uşaqların psixologiyası; 2.Etnopsixologiya |
|
IX Blok 1.Psixopedaqogika; 2.Lider psixologiyası |
|
XII Blok 1.Psixoloji maarifləndirmə; 2.Psixokorreksiya |
Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar. Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Gürcüstanda, İranda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Kafedramızın müəllimi K.A. Xuda-Zadə Azərbaycan nümayəndə heyətinin tərkibində 20-23 yanvar 2020, Portuqaliyanın Lissabon şəhərinə işgüzar səfər etmişdir. Səfərin məqsədi ibtidai və orta təhsil məktəblərində inklüziv təhsil siniflərinə baş çəkmək, dəstək xidmətləri ilə tanış olmaq, eləcə də inklüziv təhsil təcrübəsi barədə mütəxəssislər, valideynlər və təhsil siyasətçiləri ilə müzakirə aparmaq olmuşdur.
ADPU-nun Pedaqoji psixologiya kafedrası bu gün də sələflərinin elmi-pedaqoji ənənələrini uğurla davam etdirir, respublikamızda yüksək ixtisaslı psixoloqların hazırlanmasına öz sanballı töhfəsini verir. ADPU-nun bütün fakültələrində psixologiya fənnləri öyrənilir. Odur ki, kafedranın üzərinə böyük məsuliyyət düşür. Psixologiyanın tədrisinin başlıca məqsədi tələbələrə təhsildə sosial-psixoloji xidməti dərindən öyrətmək və onlarda indsanlara qarşı humanistlik və empatiya hissini inkişaf etdirməkdir. Bakalavr tələbə və magistrlarda geniş dünyagörüşü formalaşdırmaq, vətən sevgisini möhkəmləndirmək və insanlarla düzgün qarşılıqlı münasibət qurmaq, baş verən hadisələri psixoloji təhlil etmək, psixoloji yardımı vaxtında etməyi bacarmaq qabiliyyətini formalaşdırılması psixologiyanı əhatə edən fənnlərin tədrisinin başlıca məqsədlərindən sayılır.
Kafedramın professor-müəllim heyəti Fakültədə keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər. Fakültə üzrə dekan professor Ş.Q.Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən pandemiya vəziyyətinin xüsusən yeniyetmə və gənclərə olan psixoloji təsirinin aradan qaldırılmasına həsr olunmuş “Ekstremal şərait və onun yaratdığı sosial-psixoloji problemlər” mövzusunda onlayn-seminarda Pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru Q.Qəhrəmanova mövzu ilə əlaqədar, psixologiya üzrə fəlsəfə doktoru, baş müəllim G.H.Əlixanova “Covid-19-un gənclərdə yaratdığı psixoloji problemlər və onun aradan qaldırılması yolları” mövzusunda, müəllim Y.T.Ağasıyeva isə “Pandemiyanın gənclərə psixoloji təsiri” mövzusu ətrafında maraqlı çıxışlar etmişlər.
Fakültə üzrə psixologiya üzrə elmlər doktoru Qızxanım Nizaməddin qızı Qəhrəmanovanın “Uşaq psixologiyası” dərs vəsaitinin təqdimatı müvəffəqiyyətlə keçirilmişdir.
Pandemiya şəraitində TSPX ixtisası üzrə IV kurs bakalavr tələbələrinin pedaqoji təcrübələrinin online formada həyata keçirilməsi, tələbələrin məktəblərdə və psixoloji mərkəzlərdə birbaşa iştirakı mümkün olmadığı üçün, bu prosesə TSPX sahəsində fəaliyyət göstərən psixoloq mütəxəssislər dəvət edilmiş, TSPX-ixtisası üzrə təhsil alan təcrübəçi tələbələr online formada məktəb psixoloqunun iş təcrübəsi, peşə funksiyaları, xidmət otağı, normativ sənədlər barədə məlumatlandırılmışlar.
Kafedranın professor-müəllim heyətinin ADPU-nun qarşıdan gələn 100 illik yubileyinə tövhəsi, əsas vəzifələri hasab olunan təhsilin keyfiyyətinin daha da yüksəltməyə çalışmasıdır.
Şəhla Əliyeva Kafedra müdiri |
Qəribə Rəhimova Dosent |
Mehriban İsmayılova Dosent |
Simnarə Heydərova Dosent |
Kafedra |
Ünvan |
Əlaqə nömrəsi |
Elektron poçt ünvanı |
Pedaqoji psixologiya |
Koroğlu Rəhimov 13 |
(012) 465 75 91 |
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. |