Xüsusi təhsil kafedrası yaranma etibarilə gənc olsa da, onun formalaşdırılması üçün uzun və məsuliyyətli bir yol qət edilmişdir. Müasir təhsil və inkişaf tendensiyası, eləcə də dövrün tələbləri bu kafedranın yaradılmasını zərurətə çevirmişdir.
Xüsusi təhsil kafedrasının və korreksiyaedici təlim ixtisasının yaranma tarixinə nəzər yetirərkən bu sahədə çox mühüm işlər görüldüyünü və kafedranın müasir fəaliyyətinin əhəmiyyətini vurğulamaq lazımdır.
XX əsrdə Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə bağlı dünya təcrübəsi öyrənilməyə başlandı və xüsusi təh- sil müəssisələri şəbəkəsi yaradıldı. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin inkişaf etidirilməsi sahəsində elmi-tədqiqat işləri aparılmağa, məqalələr, dərsliklər, tədris proqramlarının nəşr olunmasına başlanıldı. Bunlarla bərabər, Azərbaycanda Karlar Cəmiyyəti, Korlar Cəmiyyəti yaradıldı. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra bu sahənin inkişafına diqqət daha da artırıldı. Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı Azərbaycanda hüquqi-normativ baza yaradıldı (Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili, Xüsusi təhsil Qanunu, İnkişaf proqramı və s.). Təhsil sahəsində aparılan islahatlar xüsusi təhsilin səmərəliliyinin artırılması, onun bütün sahələrinin yenidən qurulması, strukturlarının yaradılması, xüsusi təhsil sahəsində fəaliyyətlərin daha da inkişaf etdirilməsi, xüsusi təhsil müəssisələrinin idarə olunması, təlim-tərbiyə, korreksiya, reabilitasiya və adaptasiya yollarının, digər prоblеmlərin araşdırılması müasir təhsil sistemində hərtərəfli, xüsusi biliklərə malik mütəxəssislərin hazırlanmasını zərurətə çevirirdi.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə çalışmaq, əhaliyə yüksək səviyyədə defektoloji-korreksiya, pedaqoji-psixoloji yardım göstərmək üçün defektologiyanın müxtəlif sahələri üzrə ixtisaslı kadrların hazırlanması məqsədi ilə 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) defektologiya (əla və loqopediya) ixtisası öyrənilməyə başlamışdır. 1991-ci il, 14 iyun tarixində “Azərbaycan müəllimi” qəzetində qəbul şərtlərinə dair elan dərc edilmişdi.
Elanda deyilirdi: “Defektologiya (əlavə loqopediya) şöbəsinə daxil olmaq istəyən abituriyentlər ümumi hazırlıqla yanaşı, bəzi əlavə tələblərə də cavab verməlidirlər.
Hər şeydən əvvəl, gələcəkdə defektoloq-loqoped olmaq istəyən hər bir gənc gözəl nitq mədəniyyətinə malik olmalı, artikulyasiya baxımından səsləri son dərəcə təmiz və düzgün tələffüz etmək bacarığını nümayiş etdirməyə nail olmalıdır”. İlk dəfə I kursa bu ixtisasa əyani təhsil formasında 15 tələbə (qrup108) qəbul olunmuşdu. İxtisas 1997-ci ildən etibarən pedaqogika və psixologiya (məktəbəqədər) fakültəsinin nəzdində tədris olunmağa başlan mışdı. 2014-cü ildən isə ixtisas “korreksiyaedici təlim” adlandırılmışdır.
Sonrakı illərdə kafedranın elmi potensialının inkişafı və bu ixtisasa olan tələbatı nəzərə alaraq, belə bir mürəkkəb, məsuliyyətli vəzifənin yerinə yetirilməsi üçün 9 oktyabr, 2015-ci il tarixdə, ADPU Elmi Şurasının qərarı ilə (protokol 2) yaradıldı və 3/305 nömrəli, 29 oktyabr, 2015-ci il tarixli əmrlə Korreksi yaedici təlim kafedrası fəaliy- yətə başladı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun əmri ilə pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Nailə Tofiq qızı Hüseynova 2015-ci il dekabr ayının 28-dən Korreksiyaedici təlim kafedrasının müdiri təyin edildi və hazırda kafedraya rəhbərlik edir. 2019-cu ildə ADPU-nun Elmi Şurasının 9 iyul, 2019-cu il tarixli qərarı ilə Korreksiyaedici təlim kafedrasının adı dəyişdirilərək Xüsusi təhsil adlandırılmağa başladı.
Xüsusi təhsil kafedrası |
|||||
Vəzifə adı |
Kafedra müdiri |
Dosent |
Baş müəllim |
Müəllim |
Böyük laborant |
Sayı |
1 |
4 |
4 |
10 |
1 |
Kafedra əməkdaşlarının elmi fəaliyyəti 2 istiqamətdə həyata keçirilir:
1) xüsusi təhsilin təkmilləşdirilməsi;
2) xüsusi təhsil sahəsində aparılan islahatların dəstəklənməsi və həya- ta keçirilməsi.
2017–2021-ci illər ərzində kafedranın müəllimləri tərəfindən bir sıra elmi-tədqiqat işləri üzərində araşdırmalar aparılmışdır:
–ümumi istiqamət: korreksiyaedici təlimin təkmilləşdirilməsi;
–ümumi problem: korreksiyaedici təlimdə kurikulum islahatı;
–ümumi mövzu: korreksiyaedici təlimin müasir problemləri.
Tədqiq olunan mövzular: “Mürəkkəb qüsurlu məktəbəqədər yaşlı uşaqların erkən diaqnostikası və defektoloji xidmətinin təşkili”,“Məktəbəqədər yaşlı mürəkkəb qüsurlu uşaqlarla təlim-tərbiyə işinin təşkili”, “Mürəkkəb qüsurlu uşaqlar üçün psixokorreksiya texnologiyaları”, “Mürəkkəb qüsurlu uşaqların sosial reabilitasiyası və adaptasiyası”, “Mürəkkəb qüsurlu uşaqlarda nitq inkişafının ləngiməsinin erkən aşkarlanması və korreksiyası”, “İntellektual çatış mazlığı olan 2–3 yaşlı uşaqların psixo-pedaqoji diaqnostikası”, “İntellektual çatışmazlığı olan 6–7 yaşlı uşaqların nitq inkişafının diaqnostikası”, “Pozulmuş dizartriya”, “Dizartriyanın ağır formalarının müqayisəli xarakteristikası”, “Uşaq serebral iflici zamanı dizartriya və anartriya”, “Dizartriyanın diaqnostikası, korreksiyası və profilaktikası”, “Pozulmuş dizartriyanın dislaliya ilə müqayisəsi”, “Uşaq serebral iflicinin kliniki təzahürü, yaranma səbəbləri, kliniki formaları”, “Serebral iflicli uşaqların erkən diaqnostikası və psixoloji xüsusiyyətləri”, “Serebral iflicli uşaqlarda ali psixi funksiyaların pozulması”, “Serebral iflicli uşaqlarda intellektual funksiyaların və nitqin pozulması”, “Serebral iflicli uşaqların şəxsiyyətinin formalaşması və psixoloji diaqnostikası”, “Eşitmə qüsurlu uşaqların erkən diaqnostikası və psixoloji xüsusiyyətləri”, “Eşitmə qüsurlu uşaqlarda idrak proseslərinin pozulması”, “Eşitmə qüsurlu uşaqlarda nitq inkişafının pozulması və korreksiyası”, “Eşitmə qüsurlu uşaqların ümumi və psixi inkişafında ailənin rolu”, “Eşitmə qüsurlu uşaqların sosial adaptasiyası zamanı təlim-tərbiyənin rolu”, “Uşaqların davranışında yayınmalar (deviasiya) və onların yaranmasına səbəb olan motivlər”, “Deviant davranışın psixo-pedaqoji xarakteristikası”, “Uşaqların davranışında yaranan yayınmaların pedaqoji korreksiyası”,“XQEU üçün təlim strategiyaları”, “Fərdi tədris planının məqsəd və vəzifələri”, “Təlimdə akkomodasiya və modifikasiya”, “İnteqrasiyalı məktəbdə SİMU-nın, təlim-tərbiyə, korreksiya işinin təşkili”, “İnteqrasiyalı məktəbin xüsusi qruplarında loqopedik işin aparılması”, “SİMU-nın əmək və fiziki tərbiyə işinin təşkili və onlara verilən tələblər”, “Eşitmə qüsurlu uşaqlar və onların inkişaf xüsusiyyətləri”, “Kar və zəif eşidən uşaqlarda texniki təfəkkürün formalaşdırılması”, “İnklüziv dəyərlər əsasında kollektiv əməkdaşlığın formalaşdırılması istiqamətində xüsusi qayğıya ehtiya- cı olan kiçik yaşlı məktəblilərin sosial reabilitasiyasının təşkili me todları”,“Xüsusi qayğıya ehtiyacı olan kiçik yaşlı məktəblilərin sosial refleksiya bacarığının inkişaf etdirilməsi yolları”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziyasını təmin etmək üçün effektiv təsirə əsaslanan xüsusi təhsil situasiyalarının yaradılması”, “Görmə qüsurlu uşaqlar və onların psixoloji-pedaqoji xüsusiyyətləri”, “Görmə qüsurlu uşaqlarda idrak proseslərinin inkişafı”, “Görmə qüsurlu uşaq ların təlim-tərbiyə prosesinin xüsusiyyətləri”, “Oliqofren uşaqların ali sinir fəaliyyətinin xüsusiyyətləri”, “Oliqofrenlərin kliniki xarakteristikası”, “Oliqofrenlərdə dərketmə proseslərinin psixoloji xüsusiyyətləri”, “İbtidai siniflərdə inklüziv təhsilin tətbiqi imkanları”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının pedaqoji məsələləri”.
Son illərdə kafedra əməkdaşları tərəfindən 3 monoqrafiya, 7 dərslik, 11 dərs vəsaiti, 12 metodik vəsait, 40 proqram hazırlanmış və nəşr edilmişdir. Elmi və metodik ədəbiyyatların hazırlanması sahə- sində Nailə Hüseynovanın “İntellektual inkişafı ləngiyən uşaqların pedaqogikası” (2017),“Loqopediya” (2018), “Xüsusi psixologiya” (2018), Məlik Məlikovun “Xüsusi pedaqogikanın müasir problem- ləri”, dos.Tamilla Ağayevanın “Eşitmə qüsurlu uşaqların psixokor- reksiyası” (2015), “Görmə funksiyasının pozulmaları və onların psixokorreskiyası” (2017), “Kar uşaqlarda tələffüz vərdişlərinin for- malaşdırılması” (2018), N.T.Hüseynova və S.R.Aslanovanın “Xüsusi psixologiya” dərsliyi (2 cilddə), S.R.Aslanovanın “Eşitmə orqanları- nın anatomiyası, fiziologiyası və patofiziologiyası” (2019) adlı dərslik və dərs vəsaitləri xüsusi əhəmiyyət kəsb edir.
1 |
Pedaqogika |
2 |
Psixologiya |
3 |
Təhsildə İKT |
4 |
Multikulturalizmə giriş |
5 |
Sosial psixologiya |
6 |
İnkişaf və yaş psixologiyası |
7 |
Uşaq anatomiyası və fiziologiyası |
8 |
Xüsusi təhsil |
9 |
İnklüziv təhsil |
10 |
Loqopediya |
11 |
İntellektual pozulmaları olan uşaqların erkən diaqnostikası, profilaktikası və reabilitasiyası |
12 |
Surdopedaqogika |
13 |
Həyat bilgisi və onun xüsusi məktəblərdə tədrisi metodikası |
14 |
Tiflopedaqogika |
15 |
Korreksiya pedaqogikası |
16 |
Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası |
17 |
Sağlamlıq imkanları məhdud uşaqların somatik və kliniki inkişafının xüsusiyyətləri |
18 |
Oliqofrenopedaqogika |
19 |
Riyaziyyat və onun xüsusi məktəblərdə tədrisi metodikası |
20 |
Texnologiya və onun xüsusi məktəblərdə tədrisi metodikası |
21 |
Azərbaycan dili və onun xüsusi məktəblərdə tədrisi metodikası |
22 |
Mülkü müdafiə və ilkin tibbi yardım |
|
Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər |
|
|
|
|
İxtisas (ixtisaslaşma ) fənləri bölümü |
|
1 |
Korreksiyaedici xidmətin müasir problemləri |
|
2 |
Korreksiyaedici xidmətin tarixi və metodologiyası |
|
3 |
AMMF (Psixodiaqnostika və psixokorreksiya) |
|
|
İxtisaslaşma fənləri |
|
4 |
Autizm spekt pozulmalarında davranışın idarə edilməsi. |
|
5 6 |
İnklüziv təhsil şəraitində sağlamlıq imkanları məhdud uşaqların tədris fəaliyyətinin qiymətləndirilməsi. |
|
7 |
Sensor pozulmalar zamanı korreksiya-inkişafetdirici işin metodikası. |
|
8 |
Ali məktəblərdə korreksiya pedaqogikasının tədrisi metodikası |
|
9 |
Nitq pozulmalarının differensial diaqnostikası |
|
10 |
İntellektual pozulmaları olan şəxslərin peşə hazırlığının texnologiyaları |
|
11 |
Dayaq-hərəkət aparatının pozulmaları zamanı kompleks reabilitasiyanın istiqamətləri |
|
12 |
Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası. |
|
|
||
|
Xüsusi təhsil kafedrası Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK), Moskva Pedaqoji Dövlət Universiteti Dərbənd filialının Psixoloji-pedaqoji təhsil kafedrası, Bakı şəhəri üzrə xüsusi (3, 11, 268) və inklüziv tipli məktəblər (55, 138, 202, 220, 252), Heydər Əliyev fondunun nəzdində fəaliyyət göstərən YUNİSEF, Regional İctimai İnkişaf Birliyi (RİİB), “Birgə və sağlam” İctimai Birliyi, Bakı Autizm İctimai Birliyi ilə əməkdaşlıq edir.
Simnarə Heydərova Kafedra müdiri |
Nailə Hüseynova Dosent |
Səbinə Aslanova Dosent |
Tamilla Ağayeva Dosent |
Kafedra |
Ünvan |
Əlaqə nömrəsi |
Elektron poçt ünvanı |
Xüsusi təhsil |
Koroğlu Rəhimov 13 |
(012) 465 75 92 |
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
|