Tarixi
Statistik göstəricilər
Elmi fəaliyyət
Tədris olunan fənlər
Xarici əlaqələr
Heyət
Əlaqə

Psixologiya kafedrası uzun müddət pedaqogika kafedrası ilə birgə fəaliyyət göstərmişdir. 1941-ci ilin iyul ayında (Ə.K.Zəkuyev, S.Hacıyev) fəaliyyətə başlayan psixologiya kafedrası həm institutda, eləcə də Azərbaycanda bu elmin inkişafına təkan vermişdi. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq kafedra müvəqqəti olaraq fəaliyyətini indiki ADU-da davam etdimişdir. 1942/43-cü tədris ilindən başlayaraq kafedra yenidən V. İ. Lenin adına APİ-də fəaliyyət göstərməyə başlayır. Bu dövrdə M.Məhərrəmov, M.Hacıyev, M.Mustafayeva həmin kafedranın əməkdaşları olmuşlar. 1946-1947-ci tədris ilindən başlayaraq ümumtəhsil məktəblərdə məntiq-psixologiyanın tədrisi haqqında dövlətin xüsusi qərarı olur.

1921-ci ildə fəaliyyətə başlayan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk illərdə psixologiya ixtisası üzrə milli kadrlar olmadığına görə instituta xarici ölkələrdən (Türkiyədən, Rusiyadan, Belarusiyadan və s.) mütəxəssislər dəvət olunurdu. A.O.Makovelski, B.B.Komorovski, Ə.K.Zəkuyev, Muhiddin, M.Tofıq və başqalarını buna misal göstərmək olar.

Kafedranın inkişaf tarixindən danışarkən A.O.Makovelski və Ə.K.Zəkuevin adlarını xüsusilə qeyd etmək lazımdır.

XX əsrin 50-ci illərinə qədər Azərbaycanda yetişən milli psixoloq kadrların hazırlanması məhz bu alimlərin adı ilə bağlıdır. Sonralar Azərbaycanda görkəmli mütəxəssisi kimi fəaliyyət göstərən M.Məhərrəmov, Ş.Ağayev, Ə.Bayramov, Ə.Əlizadə, M.Həmzəyev və başqaları bu alimlərin köməyi ilə psixoloq kimi formalaşmışlar. 

1947/48-ci tədris ilində indiki ADPU-da Azərbaycan dili, məntiq-psixologiya şöbəsi açılır. Bu şöbənin açılması psixologiya sahəsində əlamətdar hadisə oldu. Bir çox görkəmli alimlər (M.Həmzəyev, A.Məmmədov, Ə.Abdullayev) həmin şöbənin məzunları olmuşlar.

Sonrakı illərdə universitetdə pixologiyanın tədrisində, həm də bu sahə üzrə kadr hazırlığında A.Makiovelskinin, 1921-ci ildə Türkiyənin İstanbul Universitetinin psixologiya-fəlsəfə şöbəsini bitirib Bakıya gələn A.K.Zəkuyevin böyük təsiri olmuşdur.

1950-ci ildən başlayaraq aspirantura yolu ilə kadr hazlrlığına ciddi fıkir verilmişdir. Ş.S.Ağayev, Ə.S.Bayramov, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, A.U.Məmmədov, İ.A.Fərəcov və başqaları 1950-ci ildən sonrakı dövrlərdə APİ-nin psixologiya kafedrasında aspirantura yolu ilə təhsil almış, əməkdar elm xadimi, professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilmişlər.

1959-cu ildən psixologiya kafedrası yenidən pedaqogika kafedrası ilə birləşir. Ə.K.Zəkuyev isə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə şöbəsinə işə təyin olunur. Bu vəziyyət 1963-cü ilə qədər davam edir. 

1963/64-cü tədris ilindən kafedra yenidən müstəqil fəaliyyətə başlayır. Kafedraya 1963-cü ildən 1975-ci ilə qədər Ş.Ağayev rəhbərlik etmişdir.

M.Əbdülov, İ.Məmmədov, Ə.Baxşəliyev, Z.Orucov və başqaları həmin kafedrada Ş.Ağayevin rəhbərliyi ilə elmi-tədqiqat işi aparmışlar.

1974-cü ildə həmin kafedra əsasında iki (1 saylı və 2 saylı) psixologiya kafedrası təşkil edilmişdir. Kafedralar 1996-cı ilə qədər bu adda fəaliyyət göstərmişdir. 1996-cı ildə Universitetin elmi şurasının qərarı ilə kafedranm adları dəyişdirilərək ümumi psixologiya, yaş və pedaqoji psixologiya adlandırılmışdır. 1976-ci ildən 2013-cü ilin sentyabr ayınadək ümumi psixologiya kafedrasına prezident təqaüdçüsü, Şöhrət ordeni ilə təltif olunmuş, Əməkdar elm xadimi, prof. Ə.Ə.Əlizadə rəhbərlik etmişdir. Hal-hazırda kafedraya psixologiya üzrə elmlər doktoru,professor, Əməkdar müəllim Ramiz İbrahim oğlu Əliyev rəhbərlik edir. 

                                                                                     Ümumi psixologiya pedaqogikası kafedrası

Vəzifə adı

Kafedra müdiri

Professor

Dosent 

Baş müəllim

Müəllim

Böyük laborant

Sayı

1

2

              5

4

8

1

 

Ümumi psixologiya kafedrasının elmi işlərinin istiqamətini XXI əsrin psixoloji pöroblemlərindən olan müasir psixologiyanın aktual problemləri, fəaliyyətin psixoloji xüsusiyyətləri, uşaqların təlim-tərbiyə proseslərinin təşkili məsələləri, müasir dövrdə müəllim şəxsiyyətinə verilən psixoloji tələblər, müasir təhsildə psixoloji xidmətin təşkili, müasir dövrdə yeniyetmələrin bir şəxsiyyət kimi formalaşması , psixologiyada özünənəzarət, deviant davranış,susid hallarının psixoloji xüsusiyyətləri və s. problemlərin tədqiqindən ibarətdir.

Son 10 ildə kafedrada 15 monoqrafiya, 5 dərslik, 18 dərs vəsaiti, 8 metodik vəsait, 9 impakt faktorlu məqalə, xaricidə və respublikada 217 məqalə, 80 proqram, respublikada 69, beynəlxalq 45 məqalə nəşr olunmuşdur.

Hal-hazırda kafedrada I və II kurslar daxil olmaqla 21 nəfər magistr təhsil alır. 2 nəfər elmlər doktoru, 4 nəfər isə fəlsəfə doktoru proqram üzrə təhsillərini 2020-ci ildə başa vurmuş və tədqiqatlarını əsasən tamamlamışlar. 2 nəfər isə fəlsəfə dokturu proqramı üzrə təhsilini davam etdirir.

Fənnin adı

 Ümumi psixologiya kafedrası

1.        

Psixologiyanın əsasları

2.        

Ailə və gender psixologiyası

3.        

Eksperimental psixologiya

4.        

Psixoanaliz

5.        

Blok V

1.       Psixoloji konsilium və treninq

2.      Təhsildə psixoloji xidmətin aktual sosial-psixoloji məsələləri

6.        

Blok X

1.      Ekstremal şəraitlərdə psixoloji xidmət

2.       Şəxsiyyətlərarası konfliktlərin psixologiyası

7.        

II Blok

1.      İdarəetmə və menecment psixologiyası

2.       Test psixologiyası

8.        

S/F. XI Blok

1.      Hümanist psixologiya

2.       Qrup və fəaliyyət psixologiyası

9.        

Psixi sağlamlıq

10.    

I Blok

1.      Ailənin psixoterapiyası

2.       Koqnitiv və geştal psixologiyası

11.    

VII Blok

1.      Ünsiyyət və münasibətlərin psixologiyası

2.      Qrup psixologiyasının tətbiqi problemləri

 

 

Hümanitar fənləri bölümü

1

Psixologiya

 

İxtisaslaşma fənləri

4

Eksperimental psixologiya

5

Test nəzəriyyəsi

7

İstedadlı uşaqlara psixoloji xidmətin konsepsiyası

8

Psixologiyanın müasir problemləri

 

SEÇMƏ FƏNLƏR

I seçmə fənn bloku:
Əsrin gender konsepsiyası

II seçmə fənn bloku:
Ünsiyyət və qarşılıqlı münasibətlər

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar.

Kafedra əməkdaşlarının əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Gürcüstanda, Qazaxıstanda, İranda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Əliyev Ramiz İbrahim
Elmar Afıs oğlu Hüseynov
Ülviyyə Akif qızı Əfəndiyeva
Lamiyə Mehdi qızı Qurbanova
Ramiz Əliyev
Kafedra müdiri
Elmar Hüseynov
Professor
Ülviyyə Əfəndiyeva
Dosent
Lamiyə Qurbanova
Dosent

Ətraflı

Kafedra

Ünvan

Əlaqə nömrəsi

Elektron poçt ünvanı

Ümumi psixologiya

Koroğlu Rəhimov 13

    (012)465 75 87

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search