
Məktəbəqədər təhsil müəssisələri üçün yüksək ixtisaslı pedaqoji kadrlarınhazırlanmasındaAzərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müstəsna xidmətləri vardır.Kafedra 1968-ci ildə dos. Ə.Qədimbəyova ,dos. N.Rüstəmova,dos. B.Paşayeva, müəllimlər Z.Vəliyeva,S.Axundova,R.Mursaqulova,R.Şapiro, S.Ələkbərova,Z.Quliyeva,X.Məmmədovadanibarət tərkibdə yaradılmış və hal-hazıırdaöz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
Ötən illər ərzində kafedrayados.Ə.Qədimbəyova (1986-1978),dos.N.Rüstəmova(1980-1989),dos.B.Paşayeva(1990-1999),dos.R.Mursaqulova(1999-2012) rəhbərlik etmişlər. 2013-cü ildən isə kafedraya pedaqogika üzrə elmlər doktoru,prof. M.İlyasovrəhbərlik edir. Kafedranın inkişafındados. Ə.Qədimbəyova,dos. N.Rüstəmova,dos. B.Paşayeva,dos. R.Mursaqulova,prof.Ş.Əliyeva,prof. M.İlyasovvə başqalarının səmərəli xidmətləri olmuşdur.
Məktəbəqədər təhsilin pedaqogikası kafedrası |
|||||||
Vəzifə adı |
Kafedra müdiri |
Professor |
Dosent |
Baş müəllim |
Müəllim |
Böyük laborant |
|
Sayı |
1 |
2 |
6 |
8 |
12 |
3 |
Kafedra əməkdaşları tədris işlərini yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.Bununla yanaşı,kafedrada geniş elmi-tədqiqat işləri də aparılır. Elmi fəaliyyətin əsas istiqamətini müasir dövrdə məktəbəqədər yaşlı uşaqların təhsilinin təkmilləşdirilməsi problemi təşkil edir.Kafedra əməkdaşları Universitetin digər pedaqogika kafedraları ilə,həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutu,Bakı Dövlət Universiteti,Bakı Slavyan Universiteti,Azərbaycan Dillər Universiteti,Gəncə Dövlət Universiteti,Universitetimizin filialları və digər tədris və elmi–tədqiqat müəssisələri ilə geniş yaradıcılıq əlaqəsi saxlayırlar.Aparılan elmi–tədqiqat işlərinin nəticələri respublikada və bir sıra xarici ölkələrin nüfuzlu nəşrlərində çap olunur.
Kafedra fəaliyyət göstərdiyi müddətdə kafedra üzvləri məktəbəqədər yaşlı uşaqların təhsil və tərbiyəsinin mühüm problemlərinə dair xeyli tədqiqatlar aparmış, elmlər doktoru və fəlsəfə doktorluğu dissertasiyaları müdafiə etmiş, kitab və kitabçalar nəşr etdirmişlər. Kafedranın fəaliyyət göstərdiyi illər ərzində 1 nəfər elmlər doktoru, 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Son 5 ildə kafedra üzvlərinin respublikamızda və xarici ölkələrdə 8 monoqrafiyası, 10 dərs vəsaiti və 100-dən çox elmi məqaləsi nəşr olunmuşdur.
1 |
Pedaqogika |
2 |
Məktəbəqədər pedaqogika |
3 |
Məktəbəqədər təhsilin inkişaf tarixi |
4 |
Tərbiyəçi müəllimin pedaqoji ustalığı |
5 |
Məktəbəqədər yaşlı uşaqlarda humanizm tərbiyəsi |
6 |
Sosial pedaqogika |
7 |
Məktəbəqədər təhsildə pedaqoji texnologiyalar və innovasiyalar |
8 |
Məktəb təliminə hazırlığın əsasları |
9 |
Tərbiyəçi işinin nəzəri və tətbiqi xüsusiyyətləri |
10 |
Məktəbəqədər təhsil müəssisələridə inkişafetdirici mühitin təşkili |
11 |
Məktəbəqədər təhsil proqramı |
12 |
Ətraf aləmlə tanışlığın metodikası |
13 |
Məktəbəqədər təhsil müəssisələrində əmək və onun tədrisi metodikası |
14 |
Uşaq oyunlarının təşkili metodikası |
15 |
Məşğələlərin təşkili və qrupların idarə olunması |
16 |
Məktəbəqədər yaşlı uşaqların estetik-yaradıcı inkişafı |
17 |
Texnologiya və onun tədrisi metodikası |
18 |
Nitq inkişafı metodikası |
19 |
Uşaq bağçasında fiziki tərbiyə |
20 |
Ətraf aləmlə tanışlığın metodikası |
21 |
Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər |
|
|
|
|
|
Kafedra əməkdaşları hazırda bir sıra yaxın və uzaq xarici ölkələrlə sıx elmi-pedaqoji əlaqə saxlayırlar. Bunların içərisində Rusiya, Türkiyə, Ukrayna kimi ölkələr xüsusi yer tutur. Son 5 ildə kafedra əməkdaşlarının əldə etdiyi elmi nəticələr bir sıra xarici ölkələrin nüfuzlu nəşrlərində çap olunmuşdur. Prof. M. İ. İlyasovun Moskva, Ankara, Kiyev, Samara, Səmərqənd, Dnepropetrovsk, prof. Ş. Əliyevanın Moskva, Madrid, Daşkənd, Alma-Ata, dos. Ş. Baxışovanın Moskva, Volqoqrad, p.ü.f.d. S. Sadıqovanın Moskva və Daşkənd şəhərlərində elmi məqalələri nəşr edilmişdir. Kafedra əməkdaşlarının əksəriyyəti Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və bir sıra digər xarici ölkələrdə beynəlxalq elmi konfranslarda, simpoziumlarda və seminarlarda məruzələrlə çıxış etmiş və onların məruzələri məqalə və tezis şəklində çap olunmuşdur.
![]() |
|
|
|
Müseyib İlyasov Kafedra müdiri |
Şəhla Əliyeva Professor |
Şərafət Baxışova Dosent |
Sədaqət Əliyeva Dosent |
Kafedra |
Ünvan |
Əlaqə nömrəsi |
Elektron poçtünvanı |
Məktəbəqədər təhsil |
Koroğlu Rəhimov 13 |
(012) 465 75 90 |