
Xüsusi təhsil kafedrası yaranma etibarilə gənc olsa da, onun formalaşdırılması üçün uzun və məsuliyyətli bir yol qət edilmişdir. Müasir təhsil və inkişaf tendensiyası, eləcə də dövrün tələbləri bu kafedranın yaradılmasını zərurətə çevirmişdir.
Xüsusi təhsil kafedrasının və korreksiyaedici təlim ixtisasının yaranma tarixinə nəzər yetirərkən bu sahədəçoxmühüm işlər görüldüyünü və kafedranın müasir fəaliyyətininəhəmiyyətinivurğulamaq lazımdır.
XX əsrdə Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə bağlı dünya təcrübəsi öyrənilməyə başlandı və xüsusi təhsil müəssisələri şəbəkəsi yaradıldı. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin inkişaf etidirilməsi sahəsində elmi-tədqiqat işləri aparılmağa, məqalələr, dərsliklər, tədris proqramlarının nəşr olunmasına başlanıldı. Bunlarla bərabər, Azərbaycanda Karlar Cəmiyyəti, Korlar Cəmiyyəti yaradıldı. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra bu sahənin inkişafına diqqət daha da artırıldı. Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı Azərbaycanda hüquqi-normativ baza yaradıldı (Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili, Xüsusi təhsil Qanunu, İnkişaf proqramı və s.). Təhsil sahəsində aparılan islahatlar xüsusi təhsilin səmərəliliyinin artırılması, onun bütün sahələrinin yenidən qurulması, strukturlarının yaradılması, xüsusi təhsil sahəsində fəaliyyətlərin daha da inkişaf etdirilməsi, xüsusi təhsil müəssisələrinin idarə olunması, təlim-tərbiyə, korreksiya, reabilitasiya və adaptasiya yollarının, digər prоblеmlərin araşdırılması müasir təhsil sistemində hərtərəfli, xüsusi biliklərə malik mütəxəssislərin hazırlanmasını zərurətə çevirirdi.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə çalışmaq, əhaliyə yüksək səviyyədə defektoloji-korreksiya, pedaqoji-psixoloji yardım göstərmək üçün defektologiyanın müxtəlif sahələri üzrə ixtisaslı kadrların hazırlanması məqsədi ilə 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ)defektologiya (əla və loqopediya)ixtisası öyrənilməyə başlamışdır. 1991-ci il, 14 iyun tarixində “Azərbaycan müəllimi” qəzetində qəbul şərtlərinə dair elan dərc edilmişdi.
Elanda deyilirdi: “Defektologiya (əlavə loqopediya) şöbəsinə daxil olmaq istəyən abituriyentlər ümumi hazırlıqla yanaşı, bəzi əlavə tələblərə də cavab verməlidirlər.
Hər şeydən əvvəl, gələcəkdə defektoloq-loqoped olmaq istəyən hər bir gənc gözəl nitq mədəniyyətinə malik olmalı, artikulyasiya baxımından səsləri son dərəcə təmiz və düzgün tələffüz etmək bacarığını nümayiş etdirməyə nail olmalıdır”. İlk dəfə I kursa bu ixtisasa əyani təhsil formasında 15 tələbə (qrup108) qəbul olunmuşdu. İxtisas 1997-ci ildən etibarən pedaqogika və psixologiya (məktəbəqədər) fakültəsinin nəzdində tədris olunmağa başlan mışdı. 2014-cü ildən isə ixtisas “korreksiyaedici təlim” adlandırılmışdır.
Sonrakı illərdə kafedranın elmi potensialının inkişafı və bu ixtisasa olan tələbatı nəzərə alaraq, belə bir mürəkkəb, məsuliyyətli vəzifənin yerinə yetirilməsi üçün 9 oktyabr, 2015-ci il tarixdə, ADPU Elmi Şurasının qərarı ilə (protokol 2) yaradıldı və 3/305 nömrəli, 29 oktyabr, 2015-ci il tarixli əmrlə Korreksi yaedici təlim kafedrası fəaliy- yətə başladı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun əmri ilə pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Nailə Tofiq qızı Hüseynova 2015-ci il dekabr ayının 28-dən Korreksiyaedici təlim kafedrasının müdiri təyin edildi və hazırda kafedraya rəhbərlik edir. 2019-cu ildə ADPU-nun Elmi Şurasının 9 iyul, 2019-cu il tarixli qərarı ilə Korreksiyaedici təlim kafedrasının adı dəyişdirilərək Xüsusi təhsil adlandırılmağa başladı.
Vəzifə adı |
Kafedra müdiri |
Dosent |
Baş müəllim |
Müəllim |
Böyuk laborant |
Laborant |
Sayı |
1 |
4 |
5 |
18 |
1 |
3 |
Kafedra əməkdaşlarının elmi fəaliyyəti 2 istiqamətdə həyata keçirilir:
1)xüsusi təhsilin təkmilləşdirilməsi;
2) xüsusi təhsil sahəsində aparılan islahatların dəstəklənməsi və həyata keçirilməsi.
2017–2021-ci illər ərzində kafedranın müəllimləri tərəfindən bir sıra elmi-tədqiqat işləri üzərində araşdırmalar aparılmışdır:
–ümumi istiqamət: korreksiyaedici təlimin təkmilləşdirilməsi;
–ümumi problem: korreksiyaedici təlimdə kurikulum islahatı;
–ümumi mövzu: korreksiyaedici təlimin müasir problemləri.
Tədqiq olunan mövzular: “Zəif eşidən uşaqlarda nitq səslərinin differensasiya bacarıqlarının inkişaf mərhələləri və səstələffüzü bacarıqlarının vərdişlərinin inkişafı üzrə işin təşkili”, “Uşaq serebral iflici zamanı korreksiya-pedaqoji işin sistemi” , b\m. Abasova Səlbi Ağamehdi qızının “Baş beynin lokal zədələnmələri zamanı ali qabıq funksiyalarının pozulma xüsusiyyətləri” , b\m. Məmmədova Zeynəb Camal qızının “İntellektual problemləri olan uşaqların təhsilinin təşkili formaları”, müəl. Bəşirova Sülhanə Siyaxbər qızının “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara həndəsi fiqurların öyrədilməsi:bucaqlar, 3 bucaqlılar 4 bucaqlılar və çoxbucaqlılar”, müəl. Allahverdiyeva Günel Ədalət qızının “Epilepsiya zamanı emosional- iradi sferanın və davranışın pozulması”, baş\müəl. Mürsəlova Adilə Ağaməmməd qızının “Əmək təlimi prosesində sağlamlıq imkanları məhdud uşaqların nitq inkişafı üçün istifadə edilən metodikalar”, müəl. Kazımova Şəfa Eyvaz qızının “Atipik uşaqların təhsilalma prosesində məktəb seçiminin pedaqoji-psixoloji əsasları”, müəl. Günay Bədəlzadə Nazim qızının “Afaziyanın formaları” , Aydan Ələkbərova Rövşən qızının “Daun sindromlu uşaqların pedaqoji-psixoloji xarakteristikası”, müəl. Səadət Əkbərova Nəsrəddin qızınnın “İnkişaf problemləri olan uşaq və yeniyetmələrin psixokorreksiyasının nəzəri və metodoloji aspektləri “, müəl. Məhərrəmova Səbinə Balakişi qızının “Autizm spektr pozulmaları olan uşaqlar üçün təhsilin təşkili”, müəl. Məmmədova Lalə Xanoğlan qızının “İnklüziv təhsil təcrübəsi. Qlobal və milli tendensiyalar”, müəl. Yusifzadə Məlahət Rövşən qızının “Diqqət defisitliyi hiperaktivlik sindromu zamanı uşaqların sosial mədəni-davranış pozulmaları”, ped.ü.f.d. İmanova Lalə Hamlet qızının “Mürəkkəb nitq pozulmalarında nitq ontogenezi ”, müəl. Könül Qurbanova Bayram qızının “Məktəb yaşlı uşaqlarda disleksiya və disqrafiya problemləri”, müəl. Həsənova Bəyim Sevindik qızının “Görmə məhdudiyyətli və zəif görən uşaqların xüsusi təhsil müəssisələrində savad təliminin təşkili”, müəl. Axundova Məngulə Nizami qızının “Autizm spektr pozulmaları olan uşaqlarda müayinə metodları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağayeva Tamilla Hüseyn qızının – “Zəif eşidən uşaqlarda fonematik qavrama və tələffüz vərdişlərinin çatışmazlıqlarının korreksiya metodları”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aslanova Səbinə Ramiz qızının – “Uşaq serebral iflici zamanı müalicəvi bədən tərbiyəsinin xüsusiyyətləri”, baş müəllim Abasova Səlbi Ağamehdi qızının -“Baş beynin lokal zədələnmələri zamanı ali qabıq funksiyalarının tədqiqi metodları”; baş müəllim Məmmədova Zeynəb Camal qızının- “Koqnitiv bacarıqların uşağın inkişafına təsiri”, müəllim Bəşirova Sülhanə Siyaxbər qızının –“Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda müxtəlif üsullarla dərketmənin formalaşdırılması”, baş müəllim Şahvələdli Qədimova Turan Əlbəndə qızının - “Müxtəlif psixopatoloji sindromlarla ağırlaşmış psixi inkişaf ləngiməsinin xarakteristikası”, müəllim Allahverdiyeva Günel Ədalət qızının- “Analizatorların fəaliyyətində patologiya olan uşaqlarda emosional-iradi sfera və davranış pozulması”, baş müəllim Mürsəlova Adilə Ağaməmməd qızının- “Sağlamlıq imkanları məhdud uşaqların rabitəli nitq vərdişlərinin inkişafında əmək dərslərinin rolu”, müəllim Günay Bədəlzadə Nazim qızının -“Afaziyanın korreksiyası üzrə işin əsas istiqamətləri”, müəllim Aydan Ələkbərova Rövşən qızının – “Daun sindromlu uşaqlarda nitq motorikasının inkişafına yönəlmiş korreksiya” , müəllim Səadət Əkbərova Nəsrəddin qızınnın – “Psixi inkişafdan geri qalma və inkişaf geriliyi olan uşaqların klinik psixoloji xüsusiyyətləri,əsas psixokorreksiya texnologiyaları”, müəllim Məmmədova Lalə Xanoğlan qızının - “Universal öyrənmə dizaynı - inklüziv təhsil şəraiti yaradan nəzəri konsepsiyalar”, müəllim Yusifzadə Məlahət Rövşən qızının - “Diqqət defisitliyi hiperaktivlik sindromlu uşaqların sosial şəxsiyyət çatışmazlığı”, pedaqogika üzrə fəlsəfə doktoru İmanova Lalə Hamlet qızının – Nitqin tempo-ritmik tərəfinin pozulmasında nitq ontogenezi, müəllim Könül Qurbanova Bayram qızının – “Disleksiya və disqrafiya üzrə korreksiya işinin təşkili”, müəllim Həsənova Bəyim Sevindik qızının - “Xüsusi təhsil müəssisələrində görmə məhdudiyyətli uşaqlara brayl yazı sisteminin təlim xüsusiyyətləri.”, müəllim Axundova Məngulə Nizami qızının – Autizim və intellektual pozulmaların differensiallaşdırılması, müəllim Həsənova Maniya Sanif qızının - “Uşaqların sensor və motor inkişafının nəzəri əsasları”, müəllim Qurbanova Türkan Qurban qızının - “Psixi inkişafda ləngiməsi olan kiçik yaşlı məktəblilərlə korreksiYA işinin təşkili formaları”, müəllim Mahmudova Bənövşə Elman qızının - “İntellektual inkişaf pozulması olan uşaqlarda idrak fəaliyyətinin inkişaf xüsusiyyətləri”, müəllim Həsənova Aysel İsgəndər qızının -“Diqqət əksikliyi və hiperaktivlik pozulmasının psixoloji və pedaqoji əsasları;
“Son illərdə kafedra əməkdaşları tərəfindən 3 monoqrafiya, 7 dərslik, 14 dərs vəsaiti, 12 metodik vəsait, 40-dan artıq proqram hazırlanmış və nəşr edilmişdir. Elmi və metodik ədəbiyyatların hazırlanması sahə- sində Nailə Hüseynovanın “İntellektual inkişafı ləngiyən uşaqların pedaqogikası” (2017),“Loqopediya” (2018), “Xüsusi psixologiya” (2018), Məlik Məlikovun “Xüsusi pedaqogikanın müasir problem- ləri”, dos.Tamilla Ağayevanın “Eşitmə qüsurlu uşaqların psixokor- reksiyası” (2015), “Görmə funksiyasının pozulmaları və onların psixokorreskiyası” (2017), “Kar uşaqlarda tələffüz vərdişlərinin for- malaşdırılması” (2018), N.T.Hüseynova və S.R.Aslanovanın “Xüsusi psixologiya” dərsliyi (2 cilddə), S.R.Aslanovanın “Eşitmə orqanları- nın anatomiyası, fiziologiyası və patofiziologiyası” (2019), dos.Tamilla Ağayevanın “Korreksiya pedaqogikası” (2020), Korreksiyaedici xidmətin tarixi və metodologiyası (2021), Nailə Hüseynovanın “Psixi inkişafın ləngiməsi olan uşaqların psixoloji-pedaqoji diaqnostikası və korreksiyası” (2022), Oliqofrenopedaqogika (2023), “Koxlear implantasiyadan sonra korreksiya işinin sistemi” (2023), Adilə Mürsəlovanın “Orta məktəb şagirdlərində nitq çatışmazlıqları və onların aradan qaldırılması yolları” (2023),Tamilla Ağayeva və Sülhanə Bəşirovanın “Eşitmə pozulması olan uşaqlarda təfəkkürün inkişaf xüsusiyyətləri” (2023), Tamilla Ağayeva və Günel Allahverdiyevanın “Mürəkkəb inkişaf pozulması olan uşaqların korreksiya-inkişafetdirici, reabilitasiya və adaptasiya işinin xüsusiyyətləri” (2024), Tamilla Ağayeva və Adilə Mürsəlovanın “Sensor pozulmaları olan uşaqlara təşkil edilən psixo-pedaqoji işin xüsusiyyətləri” (2024) adlı dərslik və dərs vəsaitləri xüsusi əhəmiyyət kəsb edir
1 |
Pedaqogika |
2 |
Psixologiya |
3 |
Təhsildə İKT |
4 |
Multikulturalizmə giriş |
5 |
Sosial psixologiya |
6 |
İnkişaf və yaş psixologiyası |
7 |
Uşaq anatomiyası və fiziologiyası |
8 |
Xüsusi təhsil |
9 |
İnklüziv təhsil |
10 |
Loqopediya |
11 |
İntellektual pozulmaları olan uşaqların erkən diaqnostikası, profilaktikası və reabilitasiyası |
12 |
Surdopedaqogika |
13 |
Həyat bilgisi və onun xüsusi məktəblərdə tədrisi metodikası |
14 |
Tiflopedaqogika |
15 |
Korreksiya pedaqogikası |
16 |
Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası |
17 |
Sağlamlıq imkanları məhdud uşaqların somatik və kliniki inkişafının xüsusiyyətləri |
18 |
Oliqofrenopedaqogika |
19 |
Riyaziyyat və onun xüsusi məktəblərdə tədrisi metodikası |
20 |
Texnologiya və onun xüsusi məktəblərdə tədrisi metodikası |
21 |
Azərbaycan dili və onun xüsusi məktəblərdə tədrisi metodikası |
22 |
Mülkü müdafiə və ilkin tibbi yardım |
23 |
Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər |
İxtisas (ixtisaslaşma ) fənləri bölümü |
||
1 |
Korreksiyaedici xidmətin müasir problemləri |
|
2 |
Korreksiyaedici xidmətin tarixi və metodologiyası |
|
3 |
AMMF (Psixodiaqnostika və psixokorreksiya) |
|
İxtisaslaşma fənləri |
||
4 |
Autizm spekt pozulmalarında davranışın idarə edilməsi. |
|
5 6 |
İnklüziv təhsil şəraitində sağlamlıq imkanları məhdud uşaqların tədris fəaliyyətinin qiymətləndirilməsi. |
|
7 |
Sensor pozulmalar zamanı korreksiya-inkişafetdirici işin metodikası. |
|
8 |
Ali məktəblərdə korreksiya pedaqogikasının tədrisi metodikası |
|
9 |
Nitq pozulmalarının differensial diaqnostikası |
|
10 |
İntellektual pozulmaları olan şəxslərin peşə hazırlığının texnologiyaları |
|
11 |
Dayaq-hərəkət aparatının pozulmaları zamanı kompleks reabilitasiyanın istiqamətləri |
|
12 |
Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası. |
|
Magistratura səviyyəsi üzrə |
|
1 |
Korreksiyaedici xidmətin müasir problemləri |
2 |
Korreksiyaedici xidmətin tarixi və metodologiyası |
3 |
AMMF (Psixodiaqnostika və psixokorreksiya) |
İxtisaslaşma fənləri |
|
1 |
Autizm spekt pozulmalarında davranışın idarə edilməsi. |
2 |
İnklüziv təhsil şəraitində sağlamlıq imkanları məhdud uşaqların tədris fəaliyyətinin qiymətləndirilməsi. |
3 |
Sensor pozulmalar zamanı korreksiya-inkişafetdirici işin metodikası. |
4 |
Ali məktəblərdə korreksiya pedaqogikasının tədrisi metodikası |
5 |
Nitq pozulmalarının differensial diaqnostikası |
6 |
İntellektual pozulmaları olan şəxslərin peşə hazırlığının texnologiyaları |
7 |
Dayaq-hərəkət aparatının pozulmaları zamanı kompleks reabilitasiyanın istiqamətləri |
8 |
Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası. |
IV |
SEÇMƏ FƏNLƏR |
1 |
I seçmə fənn bloku: |
2 |
II seçmə fənn bloku: |
3 |
III seçmə fənn bloku: 2. Sağlamlıq imkanları məhdud uşaqların idrak fəaliyyətinin qiymətləndirilməsi. |
Xüsusi təhsil kafedrası Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK), Moskva Pedaqoji Dövlət Universiteti Dərbənd filialının Psixoloji-pedaqoji təhsil kafedrası, Bakı şəhəri üzrə xüsusi (3, 11, 268) və inklüziv tipli məktəblər (55, 138, 202, 220, 252), Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən YUNİSEF, Regional İctimai İnkişaf Birliyi (RİİB), “Birgə və sağlam” İctimai Birliyi, Bakı Autizm İctimai Birliyi ilə əməkdaşlıq edir.
|
|
|
|
Simnarə Heydərova Kafedra müdiri |
Nailə Hüseynova Dosent |
Səbinə Aslanova Dosent |
Tamilla Ağayeva Dosent |
Kafedra |
Ünvan |
Əlaqə nömrəsi |
Elektron poçtünvanı |
Xüsusi təhsil |
Koroğlu Rəhimov 13 |
(012) 465 75 92 |
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. |