Previous Next

Məktəbəqədər təhsil fakültəsinin dekan seçkisi

Məktəbəqədər təhsil fakültəsinin dekan seçkisindən fakültənin 76 nəfər professor-müəllim heyətinin 67 nəfəri, Tədris işləri   üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov, Strateji inkişaf üzrə Rektorun müşaviri - Ümid Mehdiyev, İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, ADPU HİK-nin sədri dosent Vaqif Əliyev iştirak edirdilər.

İclasın sədri, dos. Eldar Aslanov bildirmişdir ki, “Azərbaycan müəllimi” qəzetinin  08.04.2022-ci il tarixli nömrəsində ADPU-da Məktəbəqədər təhsil fakültəsinin dekanı vəzifəsinə seçilmək üçün müsabiqə elanı dərc edilmişdir.  İki həmkar dekan seçkisinə sənəd vermişdir.Məlumata görə həmkarlardan biri sonradan sənədini geri götürmüşdür.Digər namizəd isə Pedaqogika üzrə elmlər doktoru, dosent Nailə Tofiq qızı Hüseynova olmuşdur.O, fakültədə həm müəllim, həm də kafedra müdiri vəzifəsində çalışıb. 

Daha sonra Nailə Hüseynovanın tərcümeyi-halı ilə iclas iştirakçıları tanış olmuşdur.

Hüseynova Nailə Tofiq qızı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.1988-ci ildə Bakı şəhəri 88 saylı orta məktəbi bitirmişdir.1988-1993-cü ildə V.L.Lenin adına Moskva Dövlət Pedaqoji Universitetinin “Defektologiya” fakültəsində təhsil almış və 1993-cü ildə həmin Universiteti xüsusi müəssisələrdə defektoloq-loqoped ixtisası üzrə bitirmişdir.1993-cü ildən 17 saylı nitqi qüsurlu körpələr evi-uşaq bağçasında loqoped  vəzifəsində çalışmışdır.1996-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 2015-ci ildən yeni yaradılmış Korreksiyaedici təlim kafedrasının müdiri vəzifəsində çalışır

2003-cü ildə “Причины возникновения общего недоразвития речи у детей дошкольного возраста и пути их устранения” (Məktəbəqədər yaşlı uşaqlarda nitqin ümumi inkişaf ləngiməsini yaradan səbəblər və onların aradan qaldırılması yolları) mövzusunda dissertasiya müdafiə edərək pedaqogika elmləri namizədi elmi dərəcəsi almışdır.

2017-ci ildə 5805.01 - “Korreksiya pedaqogikası” şifri ilə elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 Mart 2018-ci il tarixli (protokol №09-K) qərarı ilə N.T.Hüseynovaya Korreksiyaedici təlim kafedrası üzrə dosent elmi adı verilmişdir.

Dos.N.T.Hüseynova  2 dərslik, 9 dərs vəsaiti, 1 metodik vəsait, 19 proqram və 40-dan yuxarı elmi məqalə  və tezislərin müəllifidir.

Dos.N.T.Hüseynova ADPU-nun əməkdaşlıq etdiyi Beynəlxalq layihələrdə fəal iştirak etmişdir. Bu layihələrdən 2018-2019-cu illərdə “Azərbaycan Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində Bakı şəhərində həyata keçirilən, yeni tərtib olunmuş kvalifikasiya standartları əsasında mövcud tədris prqramlarının müasirləşdirilməsi üzrə işçi qrupun üzvü olaraq sertifikatlarla təltif olunmuş, “Korreksiyaedici pedaqoq” ixtisası üzrə 4 modul hazırlayaraq  dərs vəsaitlərini çap etdirmişdir.

Dos.N.T.Hüseynova  21-25 aprel  2019-ci il tarixlərində  H.Əliyev Fondu RİİB-in və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkil etdiyi “İnklüziv təhsil sahəsində müəllim hazırlığı ilə bağlı Belarus Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə Minsk şəhərinə və 19-25 yanvar 2019-cu il tarixlərində Azərbaycanda İnklüziv təhsil sahəsində Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Portuqaliya şəhərinə ezam olunmuşdur.

2022-ci il fevral ayının 11-də dosent Nailə Tofiq qızı Hüseynova elmlər doktoru elmi dərəcəsi almaq üçün “Rinolaliyalı uşaqlarda nitq pozulmalarının diaqnostikası və korreksiyası” mövzusunda olan dissertasiya işini beynəlxalq səviyyədə müdafiə etmişdir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F-259 saylı 02.06.2021-ci il tarixli əmrinə əsasən dosent Nailə Tofiq qızı Hüseynova Respublika psixoloji-tibbi-pedaqoji komissiyasına üzv seçilmişdir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F-31 saylı 27.04.2022-ci il tarixli əmrinə əsasən dosent Nailə Tofiq qızı Hüseynova xüsusi tipli ümumi təhsil müəssisələrinə müəllim-defektoloq və müəllim-loqoped vəzifələrinə işə qəbul zamanı namizədlərin ilkin bilik və bacarıqlarının yoxlanılması ilə bağlı qiymətləndirmə çərçivəsinin hazırlanması məqsədilə təşkil olunmuş işçi qrupuna üzv seçilmişdir.

Beləliklə,gizli  səsvermə nəticəsində Dosent Hüseynova Nailə Tofiq qızı Məktəbəqədər təhsil fakültəsinin dekanı vəzifəsini tutmuşdur.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search