Previous Next

Zəfər günü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsində 8 Noyabr Qələbə Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Məktəbəqədər  təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Məktəbəqdər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasovla yanaşı ixtisas kafedraları üzrə TEC sədrləri Yaqut Ağasıyeva, Afət İsrafilova ,Könül Şıxalıyeva və fakültənin professor-müəllim, tələbə heyəti də iştirak etmişdir.

Tədbirdə fakültə dekanı dos N.T Hüseynova çıxış edərkən Azərbaycan Respublikasının 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərməsi, 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə çatdırması və Zəfər tarixinin yazılması haqqında danışdı. Daha sonra 44 günlük müharibənin qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Tədbirdə kafedra müdirləri prof.Ramiz Əliyev və prof.Müseyib İlyasov da çıxış etdilər. Həmçinin fakültənin tələbələri də bu şanlı tarixlə bağlı duyğu və düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Tədbir tələbələr tərəfindən hazırlanmış video çarxın təqdimatı ilə sonlandırıldı

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search