Previous Next

Məktəbəqədər təhsil fakültəsinin Genişləndirilmiş Elmi Şurasının iclası keçirilib

Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının 25.10.2022-ci il tarixində genişləndirilmiş iclası keçirilmişdir. İclasda ADPU-nun Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, Məktəbəqədər təhsil  fakültəsinin dekanı dos. Nailə Hüseynova, kafedra müdirləri və fakültənin professor-müəllim heyəti iştirak edib.

İclası giriş sözü ilə açan Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. İclasın gündəliyində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının fəaliyyət müddəti bitmiş olduğu üçün  yeni üzvlərin seçilməsi olduğunu qeyd edib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 10 sentyabr 1997-ci il tarixli “794” saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin fakültə Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının fəaliyyət müddəti bitmiş olduğu üçün  tərkibi  yenidən seçilməlidir. Təlimata uyğun olaraq  fakültə əməkdaşlarının 15 faizinin gizli səsvermə yolu ilə üzv seçilə bildiyini qeyd edib. Fakültə Elmi Şurasının tərkibinə hər kafedradan professor-müəllim heyətinin seçilməsi üçün gizli səsvermələrini təklif edilib.

Bundan sonra çıxış üçün söz Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının katibinə verildi: P.ü.f.d. Yeganə Məmmədova 3 il ərzində fakültənin Elmi Şurasının gördüyü işlər barədə məlumatı ətraflı qeyd etdi. Daha sonra Məktəbəqədər təhsil  fakültəsinin Elmi Şurasının tərkibinə üzvlərin seçilməsi üçün gizli səsvermə keçirməklə yeni tərkibdə üzvlər müəyyənləşdirildi.

Yekunda Tədris işləri üzrə prorektor dos.Eldar Aslanov fakültəyə, onun rəhbərliyinə və Elmi Şuranın seçilmiş yeni üzvlərinə uğurlar arzuladı.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search