Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının 13.12.2022-ci il tarixində genişləndirilmiş iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri proessor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev və fakültənin professor-müəllim heyəti iştirak edib.İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Dos.N.Hüseynova iclasın gündəliyində 2022/2023-cü il payız imtahan sessiyasına hazırlıq və imtahanların mütəşəkkil keçirilməsi üçün görüləcək işlər barədə ətraflı məlumat verdi. Eyni zamanda ADPU -da həyata keçiriləcək akkreditasiya ilə əlaqədar olaraq aparılan hazırlıq işləri və fakültə özünütəhlil komissiyasının bu müddət ərzində gördükləri işlərin əhəmiyyətini və vacibliyi qeyd olundu.Bundan sonra 2022-ci ilin yekunu etibarı ilə ixtisas kafedralarında yerinə yetirilən elmi-tədqiqat işlərinin müzakirəsinə dair kafedra müdirlərinin hesabatları dinlənildi.