30.03.23-cü il tarixdə Pedaqoji psixologiya kafedrasını müdiri prof. Şəhla Əliyeva pedaqoji təcrübədə olan Təhsildə sosial-psixoloji xidmət ixtisası tələbələri ilə növbəti dəfə görüşüb.
Pedaqoji təcrübə kafedrasına təhkim olunmuş TSP 1901B, 1902B, 1903B və 1906BR qruplarından ibarət olan 69 tələbənin Bakı şəhəri 12, 32, 129, 227, 244 və 251 saylı tam orta məktəblərdə 16.02.2023-cü il tarixindən pedaqoji təcrübə keçirlər. Pedaqoji psixologiya kafedrasının müdiri ped.e.d., prof Şəhla Əliyeva mütəmadi olaraq təcrübənin gedişi ilə yaxından tanış olur.
Pedaqoji təcrübə keçən tələbələrlə növbəti görüş 30 mart 2023-cü il tarixində oldu. Kafedranın müdiri, prof. Şəhla Əliyeva, kafedra üzrə pedaqoji təcrübə rəhbəri ps.ü.f.d.baş müəllim Gülnarə Əlixanova və kafedranın dosenti Qəribə Rəhimova tələbələrlə görüşərək pedaqoji təcrübənin keçirlməsi ilə əlaqədar onların mülahizələrini dinlədilər. 12, 32, 129, 227, 244 və 251 saylı məktəblərdə pedaqoji təcrübə keçən bütün tələbələr həmin məktəb rəhbərləri tərəfindən təcrübənin səmərəli keçməsi üçün onlara yaradılan müvafiq şəraitdən məmnunluqla razılıq etdilər. Eyni zamanda məktəblərdə çalışan psixoloqların tələbələrə mütəmadi göstərilən köməyindən həvəslə danışdılar.
Bu isə gələcəyimiz olan uşaqların hərtərəfli şəxsiyyət kimi inkişaf etməsinə çalışan təcrübəçi-məzun psixoloqlara məktəb rəhbərliyi tərəfindən göstərilən əsl humanist qayğının nəticəsidir.