Previous Next

26 Aprel 2023 tarixində “Məktəbəqədər təhsil” fakültəsinin “Məktəbəqədər təhsilin pedaqogikası”kafedrasının pedaqogika üzrə elmlər doktoru dosent Şərafət Baxışovanın “Yeni yanaşmalar məktəbəqədər təhsildə innovativ fəaliyyətin rəhnidir” mövzusunda elmi se

26 Aprel 2023 tarixində “Məktəbəqədər təhsil” fakültəsinin “Məktəbəqədər təhsilin pedaqogikası”kafedrasının pedaqogika üzrə elmlər doktoru dosent Şərafət Baxışovanın “Yeni yanaşmalar məktəbəqədər təhsildə innovativ fəaliyyətin rəhnidir” mövzusunda elmi seminarı keçirilmişdir.Seminarda “Məktəbəqədər təhsil” fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru, dosent Nailə Hüseynova,”Məktəbəqədər təhsilin pedaqogikası” kafedrasının müdiri professor Müseyib İlyasov və kafedra əməkdaşları iştirak etmişdir. Dosent Şərafət Baxışova bu gün məktəbəqədər təhsilin formalaşdırılmasında nəzəri biliklərlə yanaşı,praktik bilik və bacarıqların,səriştənin,ağlın,intellektin inkişaf  etdirilməsinin vacibliyini qeyd etmiş və məktəbəqədər təhsil üzrə dövlət standartlarının reallaşdırılmasının keyfiyyətinin təkcə bilik,bacarıq və vərdişlər sisteminin deyil,hər bir uşağın inkişaf və nailiyyətlərinin yekun diaqnostikası əsasında səriştəliliyinin inkişaf səviyyəsi ilə qiymətləndirildiyini xüsusi olaraq vurğulamışdır. Məruzəçi məktəbəqədər təhsil sahəsində (iş sistemi, uşaq bağçasında uşaqlara qulluq, idarə etmə, valideynlərin məktəbəqədər müəssisələr ilə əlaqəsi) problemləri diqqətə çatdırmış və aradan qaldırılması yollarından bəhs etmişdir.Seminarın sonunda iştirakçılar məruzəçiyə suallarla müraciət etmişlər.Seminar çox maraqlı və diskussiya şəraitində keçmişdir.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search