Previous Next

22 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 - cü ildönümünə həsr olunmuş “İnklüziv təhsil: reallıqlar və perspektivlər” Respublika Elmi Konfransı

22 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 - cü ildönümünə həsr olunmuş “İnklüziv təhsil: reallıqlar və perspektivlər” Respublika Elmi Konfransı keçirildi. Konfransı b\m.,ps.ü.f.d. G.H.Əlixanova açaraq, iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Konfransda ilk olaraq fakültə dekanı dos.N.T.Hüseynova məruzə ilə çıxış edərək,İnklüziv təhsil sahəsində əldə olunan nailiyyətlərdən, Universitetdə, o cümlədən fakültədə İnklüziv təhsil üzrə kadr hazırlığında görülən işlərdən danışdı. N.T.Hüseynova konfransın işində iştirakçılara uğurlar arzu etdi. Sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və
Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri A.Xələfov çıxış edərək, 2018-2024-cü illər əhatə edən İnklüziv təhsil sahəsində Dövlət proqramının icra vəziyyətindən və qarşıda duranməqsədlərdən danışdı. Daha sonra kafedra müdirləri prof.Ş.Əliyeva,prof.M.İlyasov, prof.R.Əliyev,dos.S.Heydərova da çıxış edərək konfransın mövzusınun aktuallıq kəsb etdiyini vurğuladılar.
Konfrans işini 3 bölmədə davam etdirdi. Konfransda tezislərlə Universitetin professor-müəllim heyəti, o cümlədən Şamaxı filialından, Bakı Slavyan Universitetindən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi vəİdman Akademiyasından, xüsusi müəssisələrdən əməkdaşlar da çıxış etdilər. Konfrans uğurla başa çatdı.Hər bölmə üzrə çıxışları ilə seçilən üç iştirakçı diplomlarla təltif edildi.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search