Previous Next

07.05.2024 tarixində TEC-in xətti ilə Məktəbəqədər təhsil fakültəsində hər il ənənəvi olaraq keçirilən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Tələbə elmi konfransı keçirilmişdir.

07.05.2024 tarixində TEC-in xətti ilə  Məktəbəqədər təhsil fakültəsində hər il ənənəvi olaraq keçirilən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Tələbə elmi konfransı keçirilmişdir. Plenar iclasda  Məktəbəqədər təhsil fakültəsinin dekanı ped.e.d., dos. Nailə xanım Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri prof. Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri prof. Ramiz Əliyev və Pedaqoji psixologiya kafedrasının müdiri prof. Şəhla Əliyeva çıxış etmişdir. Bununla yanaşı, Xüsusi təhsil kafedrasının müdiri p.ü.f.d., dos. Simnarə Heydərovanın "Heydər Əliyev dahi şəxsiyyət və ümummilli fəxr hissimiz” adlı məruzəsi dinlənildi. Plenar iclasdan sonra konfrans 3 bölmə üzrə davam edib və hər bölmədə məruzələr dinlənilib. Seçilmiş məruzələrin müəllifləri birinci, ikinci və üçüncü yer olmaqla diplomlarla təltif olunmuşdur.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search