Previous Next

23.05.2024-cü il tarixində ADPU-da "Oyun festivalı " keçirildi.

23.05.2024-cü il tarixində  ADPU-da "Oyun festivalı " keçirildi . Bu maraqlı ,rəngarəng festivalı Məktəbəqədər təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisasının tələbələrinin təşkil etmişdilər. Onlar "Uşaq oyunlarının təşkili metodikası" fənnindən öyrəndikləri yaradıcı, didaktik,hərəkətli və s. oyunların  oynanılması və tətbiqi  metodikasını nümayiş etdirdilər.Festivalı Məktəbəqədər təhsil fakültəsinin dekanı p.ü.e.d.Nailə Hüseynova  açıq elan etdi. Festivalda Təhsil Nazirliyinin Məzmun və tədris məsələləri sektorunun məsləhətçisi Anar Xələfov, Magistratura və doktorantura şöbəsinin dekanı siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Əsəd oğlu Sadıqov, Məzun koordinasiya və Kariyera şöbəsinin müdiri Könül Əsgərova Rəşxan qızı və həmin şöbənin baş mütəxəssisi Solmaz Məmmədova Vəlican qızı , Məktəbəqədər təhsil fakültəsinin kafedra müdirləri, "Bağçam .az"bağçalar şəbəkəsinin , "Learning tree" uşaq bağçasının müəllimləri festivalda təşkil olunmuş oyun guşələrinin fəaliyyəti ilə tanış oldular. Əyləncəli, rəngarəng, musiqili ,oyunlarla zəngin olan festival xatirə fotosu ilə yekunlaşdı.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search