31.05.2024-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı, p.ü.e.d.,dos.Nailə Hüseynova,dekan müavinləri, Ümumi psixologiya kafedrasının müdiri, prof. Ramiz Əliyev, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri,prof. Müseyib İlyasov,Pedaqoji psixologiya kafedrasının müdiri, prof.Şəhla Əliyeva, Xüsusi təhsil kafedrasının müdiri,dos.Simnarə Heydərova və professor-müəllim heyəti iştirak etmişdir.
İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil fakültəsinin dekanı p.ü.e.d.,dos. Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. P.ü.e.d., dos.N.Hüseynova iclasın gündəliyində MTF-də yay imtahan sessiyasına hazırlıq və imtahanların mütəşəkkil keçirilməsi üçün görüləcək işlər, pedaqoji internatura hesabatının müdafiəsinə hazırlıq, professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün müsabiqənin təşkili haqqında ətraflı məlumat verdi. Eyni zamanda 16.02.2024-24.05.2024-cü il tarixlərində ixtisaslar üzrə pedaqoji təcrübə rəhbərləri b/m.Günəş Əfəndiyeva, psix.ü.f.d. Gülnarə Əlixanova, p.ü.f.d.,b/m.Yeganə Məmmədova, müəl. Sülhanə Bəşirovanın məktəbəqədər təhsil müəssisəsində, məktəblərdə və xüsusi təhsil müəssisələrində pedaqoji internaturanın yekununna aid hesabatları dinlənilmişdi. İclasın sonunda kafedralar üzrə fakültə Elmi Şurasına təqdim olunan vəasitlər müzakirə olunaraq Universitet Elmi Şurasına təqdim olunması tövsiyə olundu.