01.07.2024 tarixində Məktəbəqədər təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan 4 cü kurs tələbələrinin pedaqoji internatura nəticələrinin qiymətləndirmə hesabatı keçirilmişdir.Tələbələrin təqdimatlarının dinlənilməsində Məktəbəqədər təhsil fakültəsinin dekanı ped.e.d.,dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri prof. Müseyib İlyasov iştirak etmişlər. Tələbələr pedaqoji internatura müddətində keçdikləri sınaq məşğələləri haqqında təqdimatlar edib, istifadə etdikləri və hazırladıqları əyani vəsaitləri göstəriblər.