Previous Next

Sentyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.

Sentyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.Tədbirdə Pedaqoji Universitetin və Fondun rəhbərliyi, eləcə də Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan  ADPU-un rektoru professor Cəfər Cəfərov Fondun təhsil və mədəniyyət sahəsinə göstərdiyi dəstəkdən söz açıb,  təsisçilərə bu əhəmiyyətli təşəbbüs üçün təşəkkürünü bildirib. Prof. C.Cəfərov  qeyd edib ki, Fond Humay Quliyevanın xatirəsini yaşatmaq və Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədi ilə yaradılıb.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search