Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının 25.10.2022-ci il tarixində genişləndirilmiş iclası keçirilmişdir. İclasda ADPU-nun Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, Məktəbəqədər təhsil fakültəsinin dekanı dos. Nailə Hüseynova, kafedra müdirləri və fakültənin professor-müəllim heyəti iştirak edib.
İclası giriş sözü ilə açan Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. İclasın gündəliyində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının fəaliyyət müddəti bitmiş olduğu üçün yeni üzvlərin seçilməsi olduğunu qeyd edib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 10 sentyabr 1997-ci il tarixli “794” saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin fakültə Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının fəaliyyət müddəti bitmiş olduğu üçün tərkibi yenidən seçilməlidir. Təlimata uyğun olaraq fakültə əməkdaşlarının 15 faizinin gizli səsvermə yolu ilə üzv seçilə bildiyini qeyd edib. Fakültə Elmi Şurasının tərkibinə hər kafedradan professor-müəllim heyətinin seçilməsi üçün gizli səsvermələrini təklif edilib.
Bundan sonra çıxış üçün söz Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının katibinə verildi: P.ü.f.d. Yeganə Məmmədova 3 il ərzində fakültənin Elmi Şurasının gördüyü işlər barədə məlumatı ətraflı qeyd etdi. Daha sonra Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının tərkibinə üzvlərin seçilməsi üçün gizli səsvermə keçirməklə yeni tərkibdə üzvlər müəyyənləşdirildi.
Yekunda Tədris işləri üzrə prorektor dos.Eldar Aslanov fakültəyə, onun rəhbərliyinə və Elmi Şuranın seçilmiş yeni üzvlərinə uğurlar arzuladı.