Previous Next

Məktəbəqədər təhsil fakültəsinin genişləndirilmiş Elmi Şurası keçirilmişdir

Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının 13.12.2022-ci il tarixində genişləndirilmiş iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil  fakültəsinin dekanı dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri proessor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev və fakültənin professor-müəllim heyəti iştirak edib.İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil  fakültəsinin dekanı dosent Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Dos.N.Hüseynova iclasın gündəliyində 2022/2023-cü il  payız imtahan sessiyasına hazırlıq və imtahanların mütəşəkkil keçirilməsi üçün görüləcək işlər barədə ətraflı məlumat verdi. Eyni zamanda  ADPU -da həyata keçiriləcək akkreditasiya ilə əlaqədar olaraq aparılan hazırlıq işləri və fakültə özünütəhlil komissiyasının bu müddət ərzində gördükləri işlərin əhəmiyyətini və vacibliyi qeyd olundu.Bundan sonra 2022-ci ilin yekunu etibarı ilə ixtisas kafedralarında yerinə  yetirilən elmi-tədqiqat işlərinin müzakirəsinə dair kafedra müdirlərinin hesabatları dinlənildi.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search