Previous Next

24.01.2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının iclası keçirilib.

Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının iclası keçirilib
24.01.2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev və fakültənin Elmi Şurasının üzvləri iştirak edib.
Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova iclasın gündəliyini şura üzvlərinin diqqətinə çatdırıb. Dos.N.Hüseynova iclasın gündəliyində ixtisas kafedralarının yarımillik hesabatının dinlənilməsini və 2022/2023-cü tədris ilində yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzularının müzakirəsini və IV tədris ili tələbələrin pedaqoji və istehsalat təcrübələrinin həyata keçirilməsi işinin vəziyyəti barədə ətraflı məlumat verdi. Eyni zamanda fakültənin 2022/2023-cü tədris ilinin birinci hissəsi üçün iş planının icrasının vəziyyəti haqqında və bu müddət ərzində görülən işlərin əhəmiyyəti qeyd olundu.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search