Previous Next

Məktəbəqədər təhsil fakültəsində pedaqoji təcrübənin konfransı keçirilmişdir.

Məktəbəqədər təhsil fakültəsində  16.02.2023-cü il tarixində IV tədris ilinin - “Məktəbəqədər təlim və tərbiyə”, “Korreksiyaedici təlim”, “Təhsildə sosial-psixoloji  xidmət” ixtisasları üzrə tələbələrin  pedaqoji təcrübələrinin həyata keçirilməsi ilə bağlı konfrans keçirilmişdir. Konfransda Məktəbəqədər təhsil  fakültəsinin dekanı dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev və fakültənin professor-müəllim heyəti ilə birlikdə İbtidai  təhsilin   pedaqogikası kafedrasının müəllimləri də iştirak etmişdir.  

İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil  fakültəsinin dekanı dosent Nailə Hüseynova hər bir ixtisas üzrə təcrübəçi tələbələrin təhkim olunduğu məktəbəqədər təhsil müəssisəsi, orta ümumtəhsil məktəblərinin, psixoloji mərkəzlərin, inklüziv və  xüsusi  məktəblər haqqında və həmin müəssisələrdə görəcəkləri işlər barədə ətraflı məlumat verdi. 

Daha sonra tələbələrin ixtisaslar üzrə təhkim olunduqları müəssisələr və metodistlərin adları qeyd  olundu.  

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search