Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının 13.09.2023-cü il tarixində genişləndirilmiş iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova, dekan müavini pedaqogika üzrə fəlsəfə doktoru Südabə İsgəndərova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov,Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev,Pedaqoji psixologiya kafedrasının müdiri professor Şəhla Əliyeva,Xüsusi təhsil kafedrasının müdiri, dosent Simnarə Heydərova və fakültənin professor-müəllim heyəti iştirak edib.
İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil fakültəsinin dekanı p.ü.e.d. Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. P.ü.e.d.N.Hüseynova iclasın gündəliyində fakültədə 2022/2023-cü tədris ili imtahan sessiyasının nəticələri, 2023/2024-cü tədris ilinə hazırlığın vəziyyəti, yeni dərs ilində fakültə qarşısında duran əsas vəzifələr haqqında ətraflı məlumat verdi. Eyni zamanda iclasda fakültə Elmi Şuranın və kafedraların iş planları, həmçinin ixtisaslar üzrə illik işçi tədris planlarının müzakirəsi aparılmış və təsdiq olunmuşdur.