Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsil” fakültəsinin nəzdində fəaliyyət göstərən “Psixologiya klub”unun “Asılılıq psixoterapiyası” mövzusunda həsr edilmiş elmi praktik seminar keçirildi.Seminarda dəvət olunmuş Türkiyənin Necmettin Erbakan Universitetinin dosenti, praktiki psixoloq, elmlər doktoru, Süleyman Barbaros Yalçın çıxış etmişdir. Tədbirdə Slavyan Universitetinin dosenti, psix.ü.f.d. Gülnarə Həsənovanın rəhbərliyi altında “Təhsildə Sosial Psixoloji Xidmət” ixtisasında təhsil alan tələbələr, Azərbaycan Kooperasiya Universitetinin “Təhsildə Sosial Psixoloji Xidmət” ixtisasında təhsil alan tələbələr iştirak etmişdilər. Seminarın sonunda “Məktəbəqədər təhsil” fakültəsinin dekanı dos. ped.ü.e.d Nailə Hüseynova, prof. Ramiz Əliyev, və dos. psix.ü.f.d Gülnarə Həsənova çıxış etdilər. Asılılıq psixoterapiyasının əsas məqsədi insanın asılılıq yaradan maddələrdən və davranışlardan uzaq durmasını və asılılıq səbəbi ilə yaşadığı fiziki və sosial zərərdən xilas olmasını təmin etməkdir.