Previous Next

01.12.2023-cü il tarixində ADPU-da  Məktəbəqədər təhsil fakültəsinin Beynəlxalq Əlillər gününə həsr edilmiş Rəngli dünyam tədbiri keçirilmişdir.

01.12.2023-cü il tarixində ADPU-da  Məktəbəqədər təhsil fakültəsinin Beynəlxalq Əlillər gününə həsr edilmiş Rəngli dünyam tədbiri keçirilmişdir.Tədbir Ulu öndər H.Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutu ilə başlamış, ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru filologiya elmlər doktoru Fikrət Rzayevin çıxışından sonra tədbir başlamışdır.Tədbirdə Daun sindromlu şəxslərin reabilitasiya  mərkəzinin nümayəndəsi Süleymanova Könül,Korlar cəmiyyətinin sədri Abdullayev Səmyar, Azərbaycan karlar cəmiyyətinin prezidenti Bəhrəm Hüseynov, Quba psixologiya və nitq inkişaf mərkəzinin direktoru Fidan Bağırova iştirak edirdi. Tədbirdə həmçinin ,Pedaqoji psixologiya kafedrasının müdiri prof. Şəhla Əliyeva,Ümumi psixologiya kafedrasının müdiri prof. Ramiz Əliyev, Məktəbəqədər təhsil pedaqogikası kafedrasının müdiri prof. Müseyib İlyasov, Xüsusi təhsil kafedrasının müdiri Simnarə Heydərova  ilə yanaşı ixtisas kafedraları üzrə TEC sədrləri və fakültənin professor-müəllim heyəti də iştirak etmişdir.Həmçinin tədbirdə Qasımova Ayşənin “Zər qanadlı kəpənək” kitabının təqdimatı baş tutmuşdu.Daun sindromlu uşaqların rəqsi,Gözdən Əlil uşaqlar üçün 38 saylı musiqi məktəbinin Duyğu xalq çalğı alətləri ansamblının ifaları tədbiri daha da rəngarəng etdi.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search