Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının 07.12.2023-cü il tarixində iclası keçirilmişdir.İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı, ped.ü.e.d.,dos.Nailə Hüseynova, dekan müavinləri p.ü.f.d.Südabə İsgəndərova, Sevinc Eylazova, Ümumi psixologiya kafedrasının müdiri, prof.Ramiz Əliyev,Pedaqoji psixologiya kafedrasının müdiri, prof. Şəhla Əliyeva,Xüsusi təhsil kafedrasının müdiri, dos.Simnarə Heydərova və fakültə Elmi Şurasının üzvləri iştirak etmişdir.İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil fakültəsinin dekanı ped.ü.e.d.,dos. Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.N.Hüseynova iclasın gündəliyində 2023/2024-cü il payız imtahan sessiyasına hazırlıq və imtahanların mütəşəkkil keçirilməsi üçün görüləcək işlər haqqında ətraflı məlumat verdi. Eyni zamanda iclasda 2023-cü il fəlsəfə doktoru hazırlığı üzrə ADPU-nun qiyabi doktoranturasına qəbul olunmuş “Ümumi psixologiya” kafedrasıın doktorantı Kərimli Turan Abdulxalıq oğlunun və “Məktəbəqədər təhsilin pedaqogikası” kafedrasının dissertantı Orucəliyeva Şəkər Şahlar qızının dissertasiya mövzuları və elmi rəhbərləri təyin edilmişdir.Daha sonra ADPU-nun müvafiq kafedraları üzrə professor və dosent vəzifələrinin tutulması üçün 14 oktyabr 2023-cü il tarixdə “Xalq qəzeti”ndə dərc edilmiş elana əsasən “Məktəbəqədər təhsilin pedaqogikası” kafedrası və “Ümumi psixologiya” kafedrası üzrə dosent vəzifəsinin tutulması üçün vəsatət qaldırılması üçün gizli səsvermə keçirilmişdi.