26.02.2024 tarixində ADPU-nun Məktəbəqədər Təhsil Fakültəsinin, Məktəbəqədər Pedaqogika kafedrasının müəllimi Qönçə Rəhimovanın təşkilatçılığı ilə, Xocalı soyqırımına həsr olunmuş "Xocalı-Əsrin faciəsi" adlı dərs-tədbir keçirilib.Tədbirdə fakültə dekanı dos. Nailə Hüseynova, dekan müavini, kafedra müdirləri iştirak etmişdir. Dərs-tədbirdə tələbələr şeirlərlə çıxış edib ,video-çarxlar nümayiş etdiriblər. Eyni zamanda tələbələrin iştirakı ilə kompozisiyalar da təqdim olunmuşdur. Tədbirdə, bir daha, ermənilərin törətdikləri vəhşiliklər pislənib, dəhşətli gecədə həlak olmuş Xocalı sakinlərinin və qəhrəmancasına vuruşan şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.Eyni zamanda tələbələrin əl işlərindən ibarət “Xocalı-32 il” anım sərgisi də nümayiş etdirilib.