Previous Next

14.03.2024 tarixində Məktəbəqədər təhsil fakültəsinin tərkibində Tələbə elmi təşkilatının təşəbbüsü ilə Novruz bayramı tədbiri keçirilmişdir.

14.03.2024 tarixində Məktəbəqədər təhsil fakültəsinin tərkibində Tələbə elmi təşkilatının təşəbbüsü ilə Novruz bayramı tədbiri keçirilmişdir. Tədbir Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızı sükutla yad edərək başladı və daha sonra Azərbaycan Dövlət Respublikasının Dövlət himni  səsləndirildi. Tədbirin açılışı üçün  Məktəbəqədər təhsil fakültəsinin dekanı ped.e.d., dosent Nailə xanım Hüseynovaya söz verildi. Nailə xanım tədbirdə iştirak edən fakültə üzrə professor müəllim heyətini və tələbələri Novruz bayram münasibətilə təbrik etdi. Daha sonra tədbir boyunca Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov, Pedaqoji psixologiya kafedrasının müdiri professor Şəhla Əliyeva , Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Xüsusi təhsil kafedrasının müdiri dosent Simnarə Heydərova və Fizika fakültəsinin dekan müavini dos. Xankişi Məmmədov çıxış etdi. Tədbirdə tələbələr milli rəqslər, Novruz bayramının əsas təmsilçiləri olan keçəl və kosayla bağlı səhnəcik, baharın gəlişi ilə əlaqədar olan çərşənbələri özündə ehtiva edən şeirlər nümayiş etdirdilər. Sonda Məktəbəqədər təhsil fakültəsinin dekanı ped.e.d., dosent Nailə xanım Hüseynova tədbirdə iştirak edən bütün professor müəllim heyətinə və tələbələrə öz təşəkkürünü bildirdi.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search