Məktəbəqədər təhsil fakültəsində psixoloq Günel Muradova ilə görüş təşkil olunub. Tədbirdə fakültə dekanı, dosent Nailə Hüseynova, təlim-tərbiyə işləri üzrə dekan müavini Sevinc Eylazova, "Tədbirlərin təşkili və tələbələrlə iş" şöbəsinin müdiri Turan Kərimli və Psixologiya klubunun fəalları iştirak edib. Dekan Nailə Hüseynova çıxış edərək tələbələr üçün bu tip görüşlərin vacibliyini qeyd edib və növbəti günlərdə də fakültədə seminar və müxtəlif görüşlərin keçiriləcəyini diqqətə çatdırıb.Daha sonra psixoloq Günel Muradova posttravmatik stress pozuntusu,onun əlamətləri və müalicə planı, koqnitiv işlənmə və yazılı ekspozisiya terapiyası barədə tələbələrə məlumat vermiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Ekspert, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə ölkəmizdə tətbiq olunan yeniliklərdən danışmışdır.