02.04.2024-cü il tarixində Bakı Slavyan Universitetində (BSU-da) "İnklüziv təhsildən inklüziv cəmiyyətə" II Beynəlxalq elmi-praktik konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində "İnklüziv cəmiyyət üçün imkanlar və yeni texnologiyalar" mövzusunda məlumat sessiyası keçirilib.
Tədbirdə ADPU-nun "Məktəbəqədər Təhsil" fakültəsinin "Xüsusi təhsil" kafedrasinin müdiri dos. S.Heydərova və kafedranın müəllimləri S.Abbasova, Z.Məmmədova, S.Bəşirova və G.Bədəlzadə iştirak ediblər.
Sonda tədbirdə çıxış edən gənclərə Beynəlxalq Autizm Aylığı çərçivəsində inklüziv cəmiyyətin qurulmasında innovativ ideyaların təşkili və səmərəli fəaliyyətlərinə görə sertifikatlar təqdim olunub.