Previous Next

21.05.2024-cü il tarixində, Məktəbəqədər təhsil fakültəsinin, Məktəbəqədər təhsil ixtisasının MQT 2004B qrup tələbələrinin, təhkim olunduqları "Qərənfil" körpələr evi-uşaq bağçasında "Əlvida bağça" adlı tədbirləri baş tutmuşdur.

21.05.2024-cü il tarixində, Məktəbəqədər təhsil fakültəsinin, Məktəbəqədər təhsil ixtisasının MQT 2004B qrup tələbələrinin, təhkim olunduqları "Qərənfil" körpələr evi-uşaq bağçasında "Əlvida bağça" adlı tədbirləri baş tutmuşdur. Tədbirdə fakültə dekanı ped.e.d., dos. N.T.Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov,Ped.e.d.,dosent B.Şərafət, p.ü.f.d.M.Yeganə və "Qərənfil" körpələr evi-uşaq bağçasının metodistləri İ.Pərvanə və B.Fidan iştirak etmişdirlər. Tədbirdə tələbələrin və uşaqların hazırladıqları rəqs və səhnəciklər izlənilmiş, tələbələrin fəaliyyəti xüsusi olaraq dəyərləndirilmişdir. Sonda “Qərənfil” körpələr evi-uşaq bağçasının müdiri İradə Rüstəmova tərəfindən 2023/2024-cü tədris ilində “Qərənfil” körpələr evi-uşaq bağçasında pedaqoji təcrübə müddətində həyata keçirilən pedaqoji, ictimai-siyasi tədbirlərdə fəal iştiraklarına görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin, Məktəbəqədər təhsil ixtisasının MQT2004B qrup tələbələrinə sertifikatlar təqdim edilmişdir.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search