14 fevral 2025-ci il tarixində Məktəbəqədər Təhsil Fakültəsində pedaqoji təcrübənin başlaması ilə əlaqədar "Məktəbəqədər təhsil", "Təhsildə sosial psixoloji xidmət" və "Korreksiyaedici təlim" ixtisaslarının 4-cü tədris ili tələbələri ilə konfrans keçirilmişdir.
Konfransda Məktəbəqədər təhsil fakültəsinin dekanı dos. N. Hüseynova, ixtisas kafedraların müdirləri və müəllim professor heyyəti iştirak etmişdirlər.
Konfransda tələbələrə və ixtisaslar üzrə metodistlərə pedaqoji təcrübənin keçirilməsi ilə bağlı yeni qaydalar və tələblər haqqında məlumat verilmişdir.
Pedaqoji təcrübə zamanı tələbələrimizə uğurlar arzu edirik.