Previous Next

20 may 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil ixtisası tələbələrinin təşkilatçılığı ilə “Oyun Festivalı” keçirilmişdir.

20 may 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil ixtisası  tələbələrinin təşkilatçılığı ilə “Oyun Festivalı” keçirilmişdir. Festivalı Məktəbəqədər təhsil fakültəsinin dekanı ped.e.d.,dos.N.T.Hüseynova öz sözləri ilə açıq elan etmişdir. Festivalda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil üzrə şöbə müdiri İlahə Rəsulova “344 nömrəli uşaq bağçası”, “Learning tree”, “Bağçam.az uşaq bağçası şəbəkəsi”, “Cahan uşaq bağçası”, Sumqayıt Dövlət Universiteti və Bakı Slavyan Universiteti əmədaşları və tələbələri və digər qonaqlar iştirak etmişdir.Festivalın əsas məqsədi uşaqların təlim-tərbiyə prosesində oyunun əhəmiyyətini nümayiş etdirmək, onların yaradıcılıq,əməkdaşlıq və sosial bacarıqlarını inkişaf etdirmək, eyni zamanda tələbələrin nəzəri biliklərini praktik fəaliyyətdə tətbiq etmələrinə şərait yaratmaqdır.Bu festival çərçivəsində tələbələr, müəllimlər və qonaqlar müxtəlif əyləncəli oyunlarda iştirak edəcək, maraqlı fəaliyyətlər nümayiş olunmasına imkan vermək. Eyni zamanda tədbir gələcək müəllimlər üçün də öyrədici və motivasiyaedici bir təcrübə idi.Festivalda uşaqların sehrli dünyasına səyahət edilmiş və xoş anlar yaşadılmışdır.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search