30.05.2025-ci il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. Məktəbəqədər təhsil fakültəsinin dekanı, p.ü.e.d.,dos.Nailə Hüseynovanın sədirliyi ilə fakültə Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasda gündəlikdə olan məsələlərə əsasən, 2024/2025-ci il tədris ilinin yaz imtahan sessiyasına hazırlıq və imtahanların mütəşəkkil keçirilməsi üçün görüləcək işlər haqqında, həmçinin MTF-si üzrə Dövlət Yekun Buraxılış Attestasiya imtahanlarına və Pedaqoji İnternatura ilə bağlı Yekun hesabata hazırlıq haqqında və MTF-si professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün müsabiqələrin təşkili məsələsi barədə p.ü.e.d., dos.Nailə Hüseynova ətraflı məlumat verdi. 2024\2025-ci tədris ilinin II yarım ili üçün kafedraların elmi seminarları və açıq dərslərin keçirilməsi haqqında hesabatı dinlənilmişdi.İclasın sonunda kafedralar üzrə fakültə Elmi Şurasına təqdim olunan vəsaitlər müzakirə olunaraq Universitet Elmi Şurasına təqdim olunması tövsiyə olundu.