Ad, soyad, atasının adı:
- Məhərrəm Əliyev Sabir oğlu
Təvəllüd:
- 04.09.1977
Əlaqə:
- İş telefonu : 012-465-75-87
- email : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Təhsil: Ali
- Dosent (təsdiq tarixi: 05.03.2020)
- Psixologiya üzrə fəlsəfə doktoru (təsdiq tarixi: 16.09.2014)
- Doktorantura – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Yaş və pedaqoji psixologiya kafedrası, Pedaqoji psixologiya, 2002-2008
- Magistratura — Azərbaycan Dövlət Pedaqoji Universiteti, Ümumi psixologiya, 1998-2000
- Bakalavr — Bakı Dövlət Universiteti, Psixologiya, 1994-1998
- VI-X siniflər – 263 saylı orta məktəb, 1990-1994
- I-V siniflər – N.Nərimanov adına 45 saylı məktəb, 1984-1990
Elmi dərəcəsi:
- Psixologiya üzrə fəlsəfə doktoru, dosent
İş fəaliyyəti:
- 2000-2011-ci illər ADPU-nun Ümumi psixologiya kafedrasının müəllimi;
- 2011- 2020-ci illər ADPU-nun Ümumi psixologiya kafedrasının baş müəllimi;
- 2013-cü il oktyabrın 1-dən həmin ilin sonunadək ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri;
- 2020-ci ildən bu günə qədər ADPU-nun Ümumi psixologiya kafedrasının dosenti;
- 2012-2015-ci illər arasında Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının müdiri;
- 2010-2011-ci illər arasında Azərbaycan Müəllimlər İnstitutunda saathesabı müəllim;
- 2014-2015 və 2017-2018-ci illərdə (II semestr) Dövlət Gömrük Komitəsinin Akademiyasında saathesabı müəllim;
- 2015-2016-cı tədris ilində Türkiyə Respublikası Trabzon şəhərində yerləşən Avrasya Universitetində Psixologiya kafedrasının müdiri;
- 2018-2020-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Sosial elmlər kafedrasında baş müəllim;
- 2018-ci ildən bu günədək Psixologiya Elmi-Tədqiqat İnstitutunda Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri.
İctimai əsaslarla apardığı vəzifələr:
- 2012-2015-ci illərdə ADPU-nun Elmi-metodik şurasının katibi
- 2012-2015-ci illərdə ADPU-nun Tədris yüklərinin hesablanması üzrə komissiyanın üzvü
- 2019-2021-ci illər arasında Psixologiya və sosiologiya üzrə elmi şuranın elmi katibi
- 2021-ci ildən bugünədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.43 Dissertasiya Şurasının üzvü
Bakalavr pilləsində tədris etdiyi fənlər:
- Psixologiya
- Ünsiyyət və münasibətlərin psixologiyası
- Ailə və gender psixologiyası
Magistratura pilləsində tədris etdiyi fənlər:
- Psixologiyanın müasir problemləri
Təşkilatçı olduğu konfranslar və simpoziumlar:
- Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Metamodel və onun psixoterapiyada istifadə imkanları” mövzusunda konfransda workshop, 06.2019
- Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Psixologiya və NLP: axtarışlar və perspektivlər” mövzusunda konfransda məruzəçi, 25.06.2019
- Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Neyrolinqvistik proqramlaşdırmada qorxu və fobiyalar: tərifi və aradan qaldırılması yolları” mövzusunda simpoziumda məruzəçi, 23.02.2019
- Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Əbdül Əlizadə fenomeni: Azərbaycan psixologiyasının tarixi və inkişaf perspektivləri” adlı Respublika elmi-praktik konfransı, 22.10.2022
Tədqiqat sahələri:
- Qeyri-tarazlıq psixologiyası
- Psixologiyada özünənəzarət problemi
- Psixologiyada suisid problemi
- Psixologiyada insest problemi
- Neyrolinqvistik proqramlaşdırma
Seçilmiş əsərləri:
- İdrak fəaliyyəti prosesində hisslərin “XX əsr: məktəb və psixologiya” mövzusunda elmi-praktik konfrans. Bakı, ADBT və İA, 2000, səh. 44 – 45
- Ekstremal həyat şəraitində yaşayan uşaqlarda “Mən - obraz”ın xüsusiyyətləri. Professor-müəllim heyətinin 61-ci elmi konfransının materialları. II buraxılış. Bakı, ADPU, 2001, səh.172 – 173
- Psixologiyada özünənəzarət “Psixologiya jurnalı”. Bakı, BDU, 2007, № 4, səh. 18 – 24
- Özünənəzarətin formalaşmasının psixoloji xüsusiyyətləri . Elmi əsərlər. İctimai-siyasi elmlər seriyası. İctimai elmlər seriyası. Bakı, BSU, 2008, № 2 səh. 135-140
- “Psixologiya atlası” / Dərs vəsaiti. Bakı, Hərbi nəşriyyat, 2009. 24,25 ş.ç.v
- Boloniya prosesinin Azərbaycanda tətbiqinin psixoloji xüsusiyyətləri. “Müasirlik və pedaqogikanın aktual problemləri” Beynəlxalq elmi-praktik konfransının materialları. Bakı, BDU, 2009, səh. 247-249
- Müəllimlik fəaliyyətinin psixoloji problemləri və onların həlli yolları. ADPU-nun professor-müəllim heyətinin ulu öndərimiz H.Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş IX elmi konfransının materialları. Bakı, ADPU, 2010, səh. 63-65
- Özünənəzarət problemi, onun işlənilmə səviyyəsi və gələcək perspektivləri. ADPU-nun professor-müəllim heyətinin ulu öndərimiz H.Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş IX elmi konfransının materialları. Bakı, ADPU, 2010, səh. 65-67
- Tələbələrdə özünənəzarətin təzahür formaları və xüsusiyyətləri. Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının proqramı. Bakı, BDU nəşriyyatı, 2010, səh. 51
- Müasir psixologiyanın tədqiqat metodları. Proqram. Pedaqogika və psixologiya kafedrası üzrə proqramlar (ali təhsilin bakalavriat pilləsi üçün). Bakı, BQU nəşriyyatı, 2010, səh. 78-85
- Nitq və təfəkkür. Proqram. Pedaqogika və psixologiya kafedrası üzrə proqramlar (ali təhsilin bakalavriat pilləsi üçün). Bakı, BQU nəşriyyatı, 2010, səh. 86-94
- Fərdiyyət və şəxsiyyət. Proqram. Pedaqogika və psixologiya kafedrası üzrə proqramlar (ali təhsilin bakalavriat pilləsi üçün). Bakı, BQU nəşriyyatı, 2010, səh. 95-103
- Eksperimental psixologiya. Proqram. Pedaqogika və psixologiya kafedrası üzrə proqramlar (ali təhsilin bakalavriat pilləsi üçün). Bakı, BQU nəşriyyatı, 2010, səh. 104-111
- Tələbələrdə özünənəzarətin təzahür formaları və xüsusiyyətləri. “Psixologiya jurnalı”. Bakı, BDU, 2010, № 3, səh. 135-140
- Özünənəzarətin öyrənilməsinin metodoloji əsasları. “Pedaqoji Universitet xəbərləri”. Təbiət,humanitar və pedaqoji-psixoloji elmlər bölməsi. Bakı, ADPU, 2010, №6, səh. 311-316
- Tələbələrin təlim fəaliyyətində “özünənəzarət sahəsi”nin formalaşdırılması müasir təhsilin standartı kimi. “Pedaqogika elminin inkişafında yeni mərhələ”. Beynəlxalq elmi-praktik konfransının materialları. Bakı, BDU, 2011
- Психологические особенности формирования самоконтроля у студентов. Поиск-Iзденic. Серия гуманитарных наук. Научный журнал Министерства Образования и Науки. Казахстан, 2011, № 4
- “Özünənəzarət sahəsi” və tələbələrin təlim fəaliyyətində onun psixoloji rolunun eksperimental tədqiqi “Psixologiya jurnalı”. Bakı, BDU, 2011, № 1
- “Özünənəzarət sahəsi” anlayışı və tələbələrin təlim fəaliyyətində onun rolunun psixoloji təhlili. Doktorantların və gənc tədqiqatçıların XVI respublika elmi konfransının materialları. Bakı, AMİ, 2012, səh. 280-285.
- Tələbələrdə özünənəzarətin fərdi-psixoloji xüsusiyyətlərlə əlaqəsi. Doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransının materialları. Bakı, ADU, 2013, səh. 336-338
- Neyro-linqvistik proqramlaşdırmanın psixoloji əsasları və təhsildə tətbiqi imkanları. H.Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Təhsilin aktual psixoloji-pedaqoji problemləri” mövzusunda elmi konfransın materialları. Bakı, ADPU, 2014, səh. 58-63
- İxtisas və qeyri-ixtisas qruplari üzrə proqram (ali təhsilin magistratura pilləsi üçün) / Dos. C.Q.Alıyevin həmmüəllifliyi ilə. Bakı, ADPU nəşriyyatı, 2015, 13 səh.
- Psixologiya elminin müasir problemləri. Təhsildə sosial-psixoloji xidmət və Psixologiya ixtisasları üzrə proqram (ali təhsilin magistratura pilləsi üçün). Bakı, ADPU nəşriyyatı, 2015, 14 səh.
- Ünsiyyət və münasibətlərin psixologiyasi. Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə proqramlar (ali təhsilin bakalavriat pilləsi üçün). Bakı, ADPU nəşriyyatı, 2015, 13 səh.
- Əliyev M.S. Psixologiyanın əsasları (sxemlər) / Dərs vəsaiti. Bakı, ADPU nəşriyyatı, 2017, 145 səh.
- Məktəbdə şagirdlərin psixoloji sağlamlığı məsələləri. Bakı, BQU-nun Elmi əsərləri, 2017, № 2, səh. 255-260
- İntiharın qarşısının alınmasında yeni yanaşma: intiharın 7-li preventiv modeli. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri. Bakı, 2017, № 4, səh. 192-198
- Neyrolinqvistik proqramlaşdırmada arzulanan nəticə və şəxsi ahəng anlayışı. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri. Bakı, 2017, № 6, səh. 244-249
- “Qorxu reallığı” illüziyası: təbiilik yoxsa sünilik. Bakı Qızlar Universitetinin Elmi əsərləri. Bakı, 2017, № 3, səh. 227-231
- “Özünənəzarət sahəsi” anlayışı və onun konseptual modeli. Monoqrafiya. Bakı: ADPU, 2017, 9,5 ç/v
- Ə.Əlizadə yaradıcılığı: gələcəyə atılan lövbər. “Ə.Əlizadə: ənənəvi təhsildən təfəkkür məktəbinə” Respublika Elmi-praktik konfransının materialları. Bakı, ADPU, 2017, səh. 61-63
- Qeyri-tarazlıq psixologiyası: sahə nəzəriyyəsinə yeni baxış. Bakı Qızlar Universitetinin Elmi əsərləri. Bakı, 2018, № 3, səh.220-225
- Din psixologiyası. Psixologiya kafedrası üzrə proqramlar. 050209-Psixologiya ixtisası üçün proqram (ali təhsilin bakalavr pilləsi üçün). Bakı: Orxan nəşriyyatı, 2020, səh.114-125
- Psixologiya kafedrası üzrə proqramlar. 050121-Təhsildə sosial-psixoloji xidmət və 050209-Psixologiya ixtisaslarıı üçün proqram (ali təhsilin bakalavr pilləsi üçün). Bakı: Orxan nəşriyyatı, 2020, səh.125-136
- Əliyev M.S. Qeyri-tarazlıq psixologiyasının metodoloji əsasları / “Psixologiya Zirvəsi: Problemlər, perspektivlər və yeni yanaşmalar” adlı beynəlxalq elmi-praktik konfransın materialları (tezislər). Bakı: ADPU nəşriyyatı, 2020, səh. 14-17
- Əliyev M.S. Qeyri-müəyyənliyə səyahət: kollektiv yoxsa fərdi düşüncə / “Psixologiya Zirvəsi: Problemlər, perspektivlər və yeni yanaşmalar” adlı beynəlxalq elmi-praktik konfransın materialları (tezislər). Bakı: ADPU nəşriyyatı, 2020, səh. 17-19
- Əliyev M.S. İdmançı həyəcanı, qorxu və fobiyalarının aradan qaldırılmasının psixoloji üsulları / Beynəlxalq konfransın materialları. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. Bakı: ADBTİA, 2020, V.1, No 42019, səh. 63-66
- İntihar üsulu ilə düşüncə və zodiak bürclərinin əlaqəsi (Qeyri-tarazlıq psixologiyası kontekstində təhlil) / Bakı Qızlar Universitetinin Elmi əsərləri. Bakı, 2021. – № 4, - səh. 432-439