FAKÜLTƏNİN TARİXİ
Fаkültə müstəqil olaraq 1982-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində fakültənin adı bir neçə dəfə dəyişdirilib və Məktəbəqədər tərbiyə(1982-1992), Pedaqogika və psixologiya (1992-2015), Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim (2015-2019) adları ilə fəaliyyət göstərib. 2019-cu ildən fakültə Məktəbəqədər təhsil adlanır. 1996-cı ilə qədər yаlnız bir ixtisas–məktəbəqədər təhsilin pedaqogikası və metodikası (əyani və qiyabi şöbə) ixtisası üzrə kadr hazırlanırdı. 1996-cı ildə korreksiyaedici pedaqogika və xüsusi psixologiya (məktəbəqədər) ixtisası açıldı və onun bir buraxılışı oldu.