Previous Next

Məktəbəqədər təhsil fakültəsində "Məktəbəqədər təhsil beynəlxalq təcrübədə" adlı tədbir keçirilmişdir.

Məktəbəqədər təhsil fakültəsində "Məktəbəqədər təhsil beynəlxalq təcrübədə" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikasi kafedrasının müdiri professor Müseyib İlyasov, fakültənin professor -muəllim heyəti və tələbələr iştirak edib. Məktəbəqədər təhsilin pedaqogikasi kafedrasının dosenti Təranə Sadıqovanin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr Finlandiya, Canada, İtaliya, Norveç, İsveçrə, Danimarka, Yaponiya, Cənubi Koreyada məktəbəqədər təhsil ilə bağlı təqdimatlar nümayiş etdirmişlər. Müxtəlif ölkələrdə tətbiq olunan təhsil modelləri, təhsil proqramları, məktəbəqədər təhsil müəssisələrinin tipləri, təlimin təşkili formaları, inklüziv təhsil ilə bağlı maraqlı məlumatlar təqdim edilmiş, hər ölkəyə xas musiqi və rəqslər nümayiş etdirilmişdir.İnteraktiv formada keçirilən tədbirdə tələbələr müxtəlif ölkələrin məktəbəqədər təhsil sistemi ilə bağlı fikir mübadiləsi aparmışlar.Təqdimatlar bitdikdən sonra mövzu ilə bağlı intellektual oyun keçirilmiş və qalib tələbə mukafatlandirilmisdir. Dosent Təranə Sadıqova tədbirin təşkilində göstərdiyi dəstəyə görə fakültə dekanı dosent Nailə Hüseynovaya təşəkkürünü bildirdi və dünya təhsil sisteminə inteqrasiya prosesində beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd etdi.Professor Müseyib İlyasov və dosent Nailə Hüseynova pedaqoji kadr hazırlığında belə tədbirlərin böyük  əhəmiyyət daşıdığını qeyd etdilər.Fakültə dekanı dosent Nailə Hüseynova belə yüksək səviyyəli tədbir təşkil etdiyinə görə dosent Təranə Sadıqovaya  təşəkkürünü bildirdi.Sonda dosent Təranə Sadıqovaya və tələbələrə təşəkkürnamələr təqdim edildi.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search