Previous Next

ADPU-nin ”Məktəbəqədər təhsil” kafedrasının professor-müəllim heyyəti uşaqlarla görüş keçirmişdir

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində yerləşən 340 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2015-ci il noyabrın 23-də istifadəyə verilən və 10 qrupun fəaliyyət göstərdiyi körpələr evi-uşaq bağçasında 200 uşağa qayğı göstərilir.ADPU-nin “Məktəbəqədər təhsil” kafedrasının professor-müəllim heyyətinin bir qrupu dekabr ayının 27-də bu bağçanın qonağı oldu.Uşaqların inkişafı üçün yaradılmış şərait, pedaqoji heyyətin müxtəlif yaş qruplarına uyğun keçirdiyi məşgələlər, foyedə uşaqların valideynlərlə birgə hazırladıqları əl işləri sərgisi, hər tərəfdə  hökm sürən ideal səliqə səhman, bu müəssisəyə rəhbərlik edən şəxsin öz işinə ciddi yanaşması və professionallığından xəbər verirdi.“Məktəbəqədər təhsil” kafedrasının  müdiri, professor  Müseyib İlyasov bağçanın rəhbəri, metodisti və tərbiyəçi-müəllim kollektivinə öz dəyərli məsləhətlərini verdi, uşaqlara göstərilən qayğıdan məmnun qaldığını bildirdi və pedaqoji kollektivə bu şərəfli işdə uğurlar arzu etdi. Görüşdə kafedranın dosenti Şərafət Baxışova, baş müəllimlər Qanqa Nəsirova  və Nərgiz Əhmədova  da çıxış etdilər.Sonda uşaqların “Yeni il” şənliyi nümayiş edildi.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search