Previous Next

“Məktəbəqədər  təhsil” fakultəsinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Qanqa Nəriman qızı Nəsirova “Tərbiyəçi-müəllim haırlığında yeni təlim metodlarının tətbiqinə müasir yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir

ADPU-nin 28.12.2022-ci il tarixində “Məktəbəqədər  təhsil  fakultəsinin” təşkil etdiyi “Tərbiyəçi-müəllim hazırlığında tədris metodlarının təkmilləşdirilməsi istiqamətləri” adlı seminarda kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Qanqa Nəriman qızı Nəsirova “Tərbiyəçi-müəllim hazırlığında yeni təlim metodlarının tətbiqinə müasir yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir.

Rəqəmsal  texnologiyaların  surətlə  inkişaf etdiyi bir dövrdə müasir tərbiyəçi müəllim  öz bacarıqlarını daim inkişaf etdirməli, digər insanlarla səmərəli və ahəngdar ünsiyyət qurmaq üçün :

-daima  öz üzərində müstəqil olaraq çalışmalı ;

- vaxtında lazım olan  köməkliyi göstərməyi bacarmalı;

- öyrənmək üçün lazım olan informasiyanı düzgün seçməli ;

- öyrənmənin idrak və zehni səviyyə necə təsir  etdiyini bilməli;

- motivasiya vərdişləri və özünə intizamla yanaşmağı bacarmalıdır.

Təlim metodu müəllim və tələbələr arasında qarşılıqlı əlaqə prosesidir, bunun nəticəsində təlimin məzmununda nəzərdə tutulmuş bilik, bacarıq və vərdişlərin ötürülməsi və mənimsənilməsi baş verir. Təlim metodu tədrisin obyektiv qanunauyğunluqlarını, məqsədlərini, məzmununu, prinsiplərini əks etdirir. Nə məqsədlər, nə məzmun, nə də iş formaları onların praktiki həyata keçirilməsi imkanları nəzərə alınmadan təqdim edilə bilməz, metodlar məhz bu imkanı verir. Onlar didaktik sistemin inkişaf tempini də müəyyən edirlər .

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search