Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının 15.02.2023-ci il tarixində genişləndirilmiş iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri proessor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev və fakültənin professor-müəllim heyəti iştirak edib.
İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Dos.N.Hüseynova iclasın gündəliyində 2022/2023-cü tədris ilinin payız imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Eyni zamanda 2023-ci ildə Universitetdə həyata keçiriləcək akkreditasiya ilə əlaqədar olaraq kafedralarda aparılan yoxlamaların nəticələri barədə məlumat qeyd olundu.
Daha sonra professor-müəllim heyətinin fərdi planlarında nəzərdə tutulan tədbirlərin icrasının vəziyyəti haqqında kafedra müdirlərinin hesabatları dinlənildi.