Previous Next

13.04.2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının iclası keçirilmişdir.

13.04.2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil  fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Pedaqoji psixologiya kafedrasının müdiri professor Şəhla Əliyeva, Xüsusi təhsil kafedrasının müdiri dosent Simnarə Heydərova və fakültə Elmi Şurasının üzvləri iştirak etmişdir.Məktəbəqədər təhsil  fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova iclasın gündəliyini fakültə Elmi Şurasının üzvlərinin diqqətinə çatdırıb. P.ü.e.d. N.Hüseynova iclasın gündəliyində fakültədə tələbələrin tərbiyə işinin və müxtəlif sosial tədbirlərin təşkilini və kafedralarda elmi seminarların müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsinin vəziyyəti  barədə ətraflı məlumat verdi. Eyni zamanda Məktəbəqədər təhsil fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Afət İsrəfilova 2022/2023-cü tədris ilinin birinci semestri ərzində Tələbə Elmi Cəmiyyətinin işinin təşkili və qarşıda duran vəzifələri haqqında və bu müddət ərzində görülən işlərin əhəmiyyətini qeyd etdi. 

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search