Pedaqoji psixologiya kafedrasının nəzdində TSP ixtisası tələbələri buraxılış işi mövzuları götürüblər və 12, 13 və 14 aprel 2023 –cü il tarixlərində kafedra müdiri professor Ş.Əliyevanın rəhbərliyi və müəllimlərin fəal iştirakı ilə ilkin müzakirələr keçirilib. Dosent Qəribə Rəhimova, dos.Mehriban İsmayılova və baş müəllim Könül Həsənquliyevanın rəhbərlik etdikləri 17 nəfər tələbəyə buraxılış işlərinin uğurla yerinə yetirmələri üçün dəyərli məlumat və düzgün istiqamət verilib. Psixologiyanın müasir problemlərinə həsr olunmuş maraqlı mövzuları işləmiş tələbələrin çıxışları diqqət çəkib. Artıq ilkin müzakirələr başa çatıb və tələbələr növbəti mərhələyə qədəm qoyublar.Tələbələrimizə uğurlar diləyirik.