Previous Next

19 APREL 2023-cü  il tarixində Məktəbəqədər təhsil fakültəsində  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilmişdir.

19 APREL 2023-cü  il tarixində Məktəbəqədər təhsil fakültəsində  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilmişdir.Tədbir Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının dosenti, p.ü.f.d. Sadıqova Təranə Buta qızının təşəbbüsü və təşkilatçılığı, IV kurs tələbələri və I və II il magistrantlarının iştirakı ilə hazırlanmışdı. Tədbirdə fakültə dekanı, p.ü.e.d., dos. Nailə Hüseynova, dekan müavini Südabə İsgəndərova, Xüsusi təhsil kafedrasının müdiri dos., p.ü.f.d. Simnarə Heydərova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının dosentləri p.ü.e.d. Şərafət Baxışova,  p.ü.f.d. Sədaqət Əliyeva, p.ü.f.d., baş müəllim Pərvin Cəfərova, Arzu Əhmədova,  xüsusi təhsil kafedrasının müəllimləri və tələbələr istirak edirdilər.Tədbiri giriş sözü işə açan fakültə dekanı p.ü.e.d., dos. Nailə Hüseynova qeyd etdi ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Bu baxımdan tədbirin təşkili mühüm əhəmiyyət kəsb edir. Fakültə dekanı p.ü.e.d., dos. Nailə Hüseynova tədbiri təşkil etdiyinə görə dos. Təranə Sadıqovaya öz təşəkkürünü bildirdi.Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbirdə  ümummilli lider Heydər Əliyevin sovet və müstəqillik dövründəki fəaliyyəti, onun təhsilə verdiyi töhvələr, gənclər siyasəti, incəsənətə bağlılığını əks etdirən təqdimatlar və çıxışlar dinlənildi. Hal-hazırda Ümummilli Liderin davamçısı kimi prezident İlham Əliyevin gənclərlə bağlı fəaliyyəti qeyd olundu. Tələbələr ulu öndərə həsr olunmuş şeir və mahnılar ifa etdilər.Tədbirdən çox məmnun qalan dekan müavini Südabə İsgəndərova tədris ilinin belə gərgin bir  mərhələsində imkan taparaq, bu qədər tələbəni bir araya gətirərək belə yüksək səviyyəli  tədbiri təşkil etdiyinə görə dos. Təranə Sadıqovaya təşəkkürünü bildirdi. Dos. Sədaqət Əliyeva kafedranın kollektivi adından dos.Təranə Sadıqovaya təşəkkürünü bildirərək qeyd etdi ki, elmi-publisist və bədii hissədən ibarət olan tədbir gənclərin vətənpərvərlik və  azərbaycançılıq ruhunda tərbiyəsində mühüm rol oynayır. Digər əməkdaşlar da tədbirlə bağlı öz təəssüratlarını bildirdilər. Tədbirin sonunda Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının dosenti, p.ü.f.d. Təranə Sadıqova  və tələbələrə təşəkkürnamələr təqdim olundu.

          

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search