18.04.2023 tarixində Məktəbəqədər təhsil fakültəsinin Xüsusi təhsil kafedrasının müəllimləri və Danimarkanın Kopenhagen Kollec Universitetinin Pedaqogika bölməsinin müəllimləri (Lisa Halkier və Lotte Klint) 11 nömrəli xüsusi təhsil müəssiəsində görüşdə iştirak etmişlər.Görüşün məqsədi Kopenhagen Kollec Universitetinin müəllimlərini Azərbaycanda mövcud xüsusi təhsil müəssisələrinin təlim -tədris qaydaları ilə tanış etmək olmuşdur. 11 nömrəli xüsusi təhsil məktəbinin müəllimləri dərslərin gedişatı və şagirdlərin əl işləri ilə nümayəndə heyətini tanış etmişlər və onların maraqlandığı sualları cavablandırmışlar.Həmçinin görüş zamanı şagirdlərin Akt zalında nümayiş etdirdikləri mahnılar və rəqslər nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanmışdır.Sonda məktəbin kollektivi və nümayəndə heyəti arasında görüş keçirilmişdir.Hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunmuşdur.Azərbaycanda və Danimarkada Xüsusi təhsilin mövcud vəziyyəti ilə bağlı yaranan suallar cavablandırılmışdır.Hər iki ölkədə Xüsusi təhsilin oxşar və fərqli cəhətləri müzakirə edilmişdir.Görüş nümayəndə heyəti tərəfindən xoş təssüratlarla yekunlaşdırılmışdır.