23.11.2023 tarixində “Autizm Assosiasiyası” autizm xəstəliyindən əziyyət çəkən uşaqların reabilitasiyasına kömək etmək üçün ADY QSC-nə məxsus dəmiryol vağzalında Psixologiya Loqopediya Festivalı təşkil etmişdir.Festivalda Panel müzakirə təşkil edilmişdir.Tədbirdə Məktəbəqədər Təhsil fakültəsinin dekanı ped.ü.e.d.,dos.N.T.Hüseynova,Xüsusi Təhsil kafedrasının müəllimləri dos. S.R.Aslanova və dos.S.A.Abbasova,Ümumi psixologiya kafedrasının müəllimi G.Məmmədova iştirak etmişdirlər.