Previous Next

15.02.2024-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir.

15.02.2024-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil  fakültəsinin dekanı, p.ü.e.d.,dos.Nailə Hüseynova,dekan müavinləri p.ü.f.d.Südabə İsgəndərova,Sevinc Eylazova,Ümumi psixologiya kafedrasının müdiri,prof. Ramiz Əliyev,Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri,prof.Müseyib İlyasov,Xüsusi təhsil kafedrasının müdiri, dos.Simnarə Heydərova və fakültənin professor-müəllim heyəti iştirak etmişdir.

İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil  fakültəsinin dekanı p.ü.e.d.,dos. Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.P.ü.e.d., dos.N.Hüseynova iclasın gündəliyində 2023/2024-cü tədris ili payız imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.Eyni zamanda iclasda professor-müəllim heyətinin fərdi planlarında nəzərdə tutulan tədbirlərin icrası və Məktəbəqədər Təhsil fakültəsinin Tələbə Elmi Cəmiyyətinin işinin təşkili və qarşıda duran vəzifələrin müzakirəsi aparılmış və təsdiq olunmuşdur.

                                               

 

 

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search