13.02.2024-15.02.2024-cü il tarixlərində Məktəbəqədər təhsil fakültəsinin IV kurs tələbələri ilə pedaqoji internatura ilə bağlı görüşlər təşkil olunmuşdur.Tələbələrlə görüşdə Məktəbəqədər təhsil fakültəsinin dekanı,p.ü.e.d.,dos.Nailə Hüseynova, dekan müavinləri p.ü.f.d.Südabə İsgəndərova,Sevinc Eylazova,Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, prof.Müseyib İlyasov,Ümumi psixologiya kafedrasının müdiri, prof. Ramiz Əliyev,Pedaqoji psixologiya kafedrasının müdiri, prof.Şəhla Əliyeva, Xüsusi təhsil kafedrasının müdiri,dos.Simnarə Heydərova və fakültə üzrə pedaqoji təcrübə rəhbərləri və professor-müəllim heyəti iştirak etmişdir.
Məktəbəqədər təhsil fakültəsinin dekanı p.ü.e.d.,dos.Nailə Hüseynova çıxış edərək bildirdi ki,2024-cü ilin 16 fevral–25 may tarixlərində tələbələr pedaqoji internaturaya başlayacaqlar. “Məktəbəqədər təhsil” ixtisası üzrə IV-tədris ili MQT2001B, MQT2002B, MQT2003B, MQT2004B, MQT2005B, MQT2006BR qrupları və V tədris ilinin 3 tələbəsi Bakı şəhərinin 22, 37, 40, 76, 168, 174, 183, 266, “Qərənfil” və “Cahan” uşaq bağçalarında, Korreksiyaedici təlim ixtisasının KRT2001B, KRT2002B, KRT2003B, KRT2004B, KRT2005BR qrup tələbələri pedaqoji təcrübəni 3,11,268 saylı xüsusi məktəblərdə,“Ümumi psixologiya” kafedrası və “Pedaqoji psixologiya” kafedrası üzrə Təhsildə sosial-psixoloji xidmət ixtisasının TSP2001B, TSP2002B, TSP2003B, TSP2004B, TSP2005B, TSP2006BR qrup tələbələri təcrübəni 1, 5,25, 12, 21, 31,46, 145, 220№-li orta məktəblərdə,Elitar gimnaziya,Pişəvari adına gimnaziyada təcrübə keçəcəklər.P.ü.e.d.,dos. Nailə Hüseynova eyni zamanda 2023/2024-cü il tədris ilinin pedaqoji internaturasının qiymətləndirilməsi və yeni qaydalar haqqında tələbələri məlumatlandırdı.
Daha sonra ixtisaslar üzrə müəyyənləşdirilmiş pedaqoji təcrübə rəhbərləri: Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi, p.ü.f.d.,b/m.Yeganə Məmmədova,Ümumi psixologiya kafedrasının baş müəllimi Günəş Əfəndiyeva, Pedaqoji psixologiya kafedrasının psix.ü.f.d., b/m.Gülnarə Əlixanova, Xüsusi təhsil kafedrasının müəllimi Sülhanə Bəşirova bağça, məktəb və xüsusi məktəblərdə aparılacaq sınaq dərsləri ilə bağlı tələbələri tanış etdilər. Sonda tələbələrin pedaqoji internatura ilə bağlı sualları cavablandırıldı.