04.06.2024 tarixində ADPU nun Məktəbəqədər Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən “Psixoloji pedaqoji labaratoriyasında” tipik və atipik uşaqlar üçün “Açıq qapı” günü təşkil olunmuşdur.Fakültənin müəllimləri başda fakültə dekanı, dosent.pedaqogika elmləri doktoru Naila Hüseynova olmaqla “Açıq qapıda” iştirak edən uşaqları ödənişsiz psixoloji pedaqoji müayinə edib valideynlərə övladlarının mövcud vəziyyəti haqqında tövsiyyələr vermişlər.Təşkil olunmuş “Açıq qapıda” 40 a yaxın uşaq mütəxəssislər tərəfindən müayinə olunmuşdur.Uşaqlar psixoloji, pedaqoji, loqopedik, defektolji və fiziki inkişafına görə dəyərləndirmələrdən keçirilmişdir.