Previous Next

01.05.2024-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir.

01.05.2024-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil  fakültəsinin dekanı, p.ü.e.d.,dos.Nailə Hüseynova, dekan müavinləri p.ü.f.d.Südabə İsgəndərova, Sevinc Eylazova, Ümumi psixologiya kafedrasının müdiri,  prof. Ramiz Əliyev, Pedaqoji psixologiya kafedrasının müdiri, prof.Şəhla Əliyeva,  Xüsusi təhsil kafedrasının müdiri, dos.Simnarə Heydərova və Elmi Şurasının üzvləri  iştirak etmişdir.

İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil  fakültəsinin dekanı p.ü.e.d.,dos. Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. P.ü.e.d., dos.N.Hüseynova iclasın gündəliyində MTF-də mütəxəssis hazırlığının mövcud vəziyyəti və fakültədə hazırlanan ixtisaslar üzrə peşə yönümü işinin aparılmasının təşkili, kafedralararası müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsinin təşkili haqqında ətraflı məlumat verdi.

16.02.2024-cü il - 30.04.2024-cü il  tarixlərində  Məktəbəqədər təhsil fakültəsinin “Məktəbəqədər təhsil”, “Korreksiyaedici təlim”, “Təhsildə sosial- psixoloji xidmət” ixtisasları üzrə IV-tədris ili tələbələrinin məktəblərdə, xüsusi məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində  pedaqoji internaturanın gedişi barədə ətraflı məlumat verdi. Eyni zamanda p.ü.e.d., dos.N.Hüseynova 27 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda I Respublika forumu keçirilməsinin əhəmiyyətini və qarşıda duran vəzifələrin müzakirəsi aparılmışdır.  

                                               

 

 

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search