16 noyabr tarixində Məktəbəqədər təhsil fakultəsində Ümumi psixologiya kafedrasının professoru Elmar Hüseynovun təqdimatında Elmi seminar keçirilmişdir. Seminarda Məktəbəqədər təhsil fakultəsinin dekanı ped.ü.e.d.,dosent Nailə Hüseynova,psixol.ü.e.d., professor Ramiz Əliyev, fakultə əməkdaşları iştirak etmişlər. Professor Elmar Hüseynov "Ailənin psixoterapiyasının aktual problemləri" mövzusunda çıxış etmişdir. Elmar müəllim ailədə ər-arvad,valideyn-övlad münasibətlərində yaranan problemlər haqqında geniş məlumat vermiş və bu problemlərin həll olunmasında praktik psixoloqun rolundan ətraflı danışmışdır. Seminar çox maraqlı və diskussiya şəraitində keçmişdir.